2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSiyasət

Tural Abbaslı: “Bu hakimiyyətə qarşı müxalifətdə olmamaq olmaz”

“Müxalifət bir araya gəlsə 10-15 min civarında adam toplaya bilər”

24saat.org “Ağ Partiya”nın sədri Tural Abbaslı ilə müsahibəni təqdim edir.

– Tural bəy, artıq partiyanızın qurultayından kifayət qədər zaman keçir. Bu müddət ərzində hansı işlər görülüb?
– Qurultaydan sonra biz iki istiqamətdə işləyirik. Birincisi, hüquqi sənədlərin hazırlanması, ikincisi, təşkilati istiqamət. Əsas gücü təşkilati məsələlərə vermişik. Bakıda və rayonlarda təşkilatların qurulması, normal fəaliyyətimiz üçün lazım olan strukturların formalaşdırılması işini aparır, üzvlərin sayının artırılması, aktiv gənclərin sıralarımıza cəlb edilməsinə çalışırıq. Əgər sosial baza yoxdursa, partiya fəaliyyət göstərə bilməz. Odur ki, biz bu istiqamətə ciddi yanaşırıq, hər gün müxtəlif təbəqəyə aid insanlarla görüşürük. Məqsəd odur ki, partiyanın xətti və məqsədləri haqqında cəmiyyətdə məlumat olsun.
İkinci istiqamət partiyanın dövlət qeydiyyatına alınması ilə bağlıdır. Ədliyyə Nazirliyinə müraciət etmişik, partiyanın adının, sədrinin və nizamnaməsinin dəyişdirilməsi haqda bildirmişik. Biz nazirliyə iki dəfə müraciət etsək də, hər dəfə sənədləri texniki “səhvə” görə geri qaytarıblar. Əgər bir daha qaytarsalar paralel olaraq məhkəməyə müraciət edəcəyik. Nazirliyin bizi qeydiyyata almamaq üçün heç bir hüququ əsası yoxdur. Əsas fəaliyyətimiz bundan ibarətdir.

Saytların yığılması Saytlarin yigilmasi

– Ancaq siyasi səhnədə Ağ Partiya görünmür, görünən ancaq Tural Abbaslıdır…
– Biz regionlarda oluruq, insanlarla görüşürük. Ümumilikdə siyasi səhnə zəifdir, passivdir. Ola bilsin ki, referendum məsələsi siyasi həyatı bir qədər aktivləşdirsin. Bu gündən etibarən (müsahibə 3 Sentyabr tarixində alınıb – red.) təşviqat başlayır. Biz də bu gündən etibarən çalışacağıq ki, bacardığımız qədər referendumun əleyhinə iş aparaq və insanlar bu prosesdə iştirak etməsin. Yəni referenduma qarşı iş aparmağı nəzərdə tuturam.

– Sizin ayrıca partiya olaraq referendumla bağlı fəaliyyətiniz olacaq?
– Bu dəqiqə fəaliyyət məhdudlaşıb. Əsasən sosial şəbəkələr və az-çox media var ki, onların vasitəsilə iş aparmaq mümkündür. Başqa fəaliyyət sahələri yoxdur. Ayrıca normal fəaliyyət üçün Təşviqat Qrupu yaratmaq lazımdır. Amma Təşviqat Qrupu yaratmaq prosedurasının özü parlament və prezident seçkilərində iştirakdan daha çətindir. Təsəvvür edin ki, Təşviqat Qrupu yaratmaq üçün azı 40 iclas keçirilməli, hər iclasda azı 50 nəfər insan iştirak etməlidir. Hələ imza vərəqələrinin alınması üçün müraciət edilməlidir və s. Biz yeni partiyayıq və təbii ki, bu işin altına girmədik. Mənim fikrimcə, bu gün YAP-ın inzibati resurslarını çıxsaq, o belə bu ağır proseduru keçmək gücündə deyil. Təəssüf ki, reallıqda bu prosedurları keçəcək heç bir partiya yoxdur. Biz bu səbəblərdən dediyiniz prosesə qoşula bilmədik və televiziya imkanlarından da məhrum olduq. Hələlik dar çərçivədə bu işi aparacağıq.

– Real müxalifət artıq kütləvi etiraz aksiyalarına dair anonslarını verib. Siz hansı addım atacaqsınız?
– Bəli mitinq elanı var. Biz də bu prosesdə hansı formada iştirak edəcəyimizi müzakirə edib qərarlaşdıracağıq. Reallıqlar çərçivəsində əlimizdən gələnləri etməyə çalışırıq. Biz xalqa bağ-bostan kimi vədlər verib, sonra bu yükün altında əzilmək istəmirik. Gücümüz çatan qədər fəaliyyətimiz olacaq.

– Mitinqlər məsələsində susursunuz?
– Yox. Mitinqlərin olması ümumi siyasi konteksdə müsbət haldır. İstənilən cəmiyyətdə etiraz aksiyalarının olması etirazın bariz nümunəsidir. Normalda müasir dövrdə hakimiyyətə təsir baxımından mitinqlərdən effektli təsir mexanizmi yoxdur. Amma təəssüf ki, bizdə eyni simalar eyni şüarlarla cəmiyyətə müraciət edir və bu illərdir davam edir. Odur ki, mitinqlərdə az sayda insan iştirak edir. Lakin bu o demək deyil ki, insanlar hakimiyyətə inandığı və dəstəklədiyi üçün mitinqlərə gəlmir. Sadəcə bir inamsızlıq məsələsi var. Bu qınaqlar altında müxalifət düşərgəsi günü-gündən zəifləyir. Məncə, eyni adamların, eyni simaların eyni şüarlarla eyni meydanlara dəvət etməsi və eyni sözlərin deyilməsi də, buna mənfi təsir edir.

– Deməli, mitinqlərə münasibətiniz müsbət deyil, amma özünüz də mitinq keçirə bilmirsiniz…
– Mitinqlərə münasibətim yaxşıdır. Sadəcə mən bunun nə dərəcə effektiv olacağından danışıram. Baxın nəyə görə, həmişə iki partiya eyni anda mitinq elan edir və ayrı-ayrılıqda keçirirlər? Bəlkə bu partiya maraqları ilə də bağlıdır… Nədən birgə respublika mitinqi keçirmək istəmirlər, bütün müxalifətin də iştiraka dəvət etmirlər? Bəyəm müxalifətin bundan da ağır günü olacaq? Bu gün müxalifət bir araya gəlsə 10-15 min civarında adam toplaya bilər. Bu ancaq birgə mitinq keçiriləcəyi və birlik mesajı veriləcəyi halda mümkün ola bilər. Lakin təəssüflər olsun ki, bu baş vermir. İndi mitinq keçirən siyasi qüvvələrin biri 2 min, digəri isə min civarında adam toplaya bilər. Mən gözləyərdim ki, vahid mitinq keçirilsin. Həm də nəzərə alın ki, burada vahid namizəd və ya parlament seçkiləri yoxdur ki, bu məsələdə ümumi anlaşma əldə edilməsin. Söhbət referendumdan gedir. Bu halda niyə birgə aksiyalar keçirib gücü bir məkana toplamaq istəmirlər?

– Amma iş ondadır ki, birgə mitinqlər zamanı da ortada nəticə olmur…
– Müxalifətin 23 il ərzində göstərdiyi fəaliyyət və nəticəsizlik ortadadır. Bu da neqativ emosiya yaradır. Amma bununla belə indiki şərtlər altında birgə aksiya olarsa daha çox insan iştirak edə bilər, nəinki ayrı-ayrılıqda. Axı nəyi bölmək mümkün olmur?

– Gəlin konkret danışaq, siz mitinqdə iştirak edəcəksiniz?
– Biz referendumu milli məsələ hesab edirik, bu məsələdə partiya maraqları güdmək niyyətində deyilik. Səmimiyyət görsək, anlasaq ki, niyyət şəxsi maraqlar deyil, referendumdur, sözsüz ki, mitinqdə iştirak edəcəyik. Ümummilli məsələlərdə iştirakı özümüzə borc hesab edirik.

– Partiyanızın qərargahı varmı?
– Biz partiyanı Azərbaycan reallıqlarını nəzərə alaraq yaratmışıq. Böyük xülyalarımız olmayıb və bu işlərə xəyalla atılmamışıq ki, bu gün xəyal qırıqlığına düçar olar. Bu gün 20 ildir ki, fəaliyyət göstərən, Azərbaycan tarixinə adını yazdıra bilən partiyaların belə qərargahı yoxdur. Hakimiyyət buna şərait yaratmır. Şəxsi icarəyə yer götürdükdə isə sahibkarlara təzyiqlər edilir və s. Bu gün 50 partiyadan 5-6-nın siyasi səhnədə fəaliyyəti var. Biz reallıqları və çətinlikləri bilərək bu işlərə başlamışıq. Biz imkansız, ofissiz, maddi baxımdan gəlirsiz şəkildə bu işə başlasaq daha yaxşı olar, nəinki fəaliyyətsiz qalsaq. Biz hesab edirik ki, xalqımız müdrik xalqdır. Bu xalq görmək istədiklərini bizim timsalımızda görsə, arxamızca mütləq gələcək. Yox, əgər digər partiyalar kimi davam etsək heç bir nəticəmiz olmayacaq. Hazırda biz ilkin özəyi-nüvəni qurmaqla məşğuluq və hələlik tez bir zamanda nəticə gözləmirik.

– Siz mövqe baxımından özünüzü müxalifətdə olan partiya sayırsınız?
-Təbii. Qurultayda mövqeyimizi elan etmişik. Müxalifətdəyik. Nə hakimiyyətyönümlüyük, nə də hakimiyyət yandaşı. Biz sağ mühafizəkar partiyayıq, xalqın keçmişinə dayanan və dəyərlərə söykənən təşkilat qurmaq istəyirik. Bu hakimiyyətə qarşı müxalifətdə olmamaq olmaz. Nə qədər ki, bu rejim ölkəni indiki qaydalarla idarə edir biz müxalifətdə olacağıq.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button