Now Reading:
Tural Sadıqlı: “Qardaşımı dörd gün dayanmadan döyüblər”

Tural Sadıqlı: “Qardaşımı dörd gün dayanmadan döyüblər”

Almaniyada siyasi mühacir olan Tural Sadıqlının qardaşı Elgiz Sadıqov fevralın 22-də həbs olunsa da, onun harda saxlandığı bilinmirdi. Nəhayət, fevralın 27-də atası Əlövsət Sadıqlı Binəqədidə inzibati qaydada həbs olunanların saxlandığı təcridxanada oğlu ilə görüşə bilib. Bu haqda Tural Sadıqlı məlumat verib.

Siyasi mühacirin sözlərinə görə, qardaşı atasına deyib ki, onu saxlayandan sonra dörd gün ərzində dayanmadan döyüblər: “Deyir, hətta bir yerdən başqa yerə aparanda avtomobildə də döyürdülər. Ekspertizaya aparmamışdan əvvəl döyə-döyə içinə narkotik atılmış çay da içiriblər. Hazırda ağrılardan dayana bilmir…”
Qeyd edək ki, Elgiz Sadıqlı fevralın 22-də bir neçə mülki geyimli tərəfindən saxlanılıb. Ötən müddətdə onun yaxınlarına harada saxlanması haqda heç bir məlumat verilməyib. Ailə yalnız bundan xəbər tutub ki, Sabunçu Rayon Məhkəməsində Elgiz haqqında həbs qərarı çıxarılıb. O, narkotik saxlamaq və polisə müqavimətdə təqsirləndirilir.
Ailə üzvləri Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciətindən sonra Elgizin yerini öyrənə bilib.
Tural Sadıqlı bildirir ki, qardaşı onun fəaliyyətinə – Almaniyada Azərbaycan hökumətini tənqid edən aksiyalarda iştirakına, özünün tənqidi fikirlərinə görə ondan qisas almaq məqsədi ilə həbs olunub.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.