Xəbərlər

Turan-ın Əliyev-Paşinyan görüşünün mümkün tarixi haqqında proqnozu təsdiqini tapıb

Loading...

Bakı/23.10.21 Turan Agentliyinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın görüşünün mümkün tarixi haqqında proqnozu təsdiqini tapıb.

Ermənistanın Aliq Media resursu “etibarlı diplomatik mənbələrə” istinadla bildirib ki, RF prezidenti Vladimir Putinin iştirakı ilə Əliyev-Paşinyan görüşü noyabrın 9-da – 44 günlük müharibənin başa çatdığı günün ildönümündə keçiriləcək.

Bir müddət əvvəl, KİV-lər və ekspertlər Əliyev-Paşinyan görüşünün oktyabrda keçiriləcəyi barədə şaiyələr yayarkən, agentlik görüşün müharibənin başa çatmasının ildönümündən sonra keçirilə biləcəyi fikrini irəli sürürdü. 

18 sentyabr tarixli “Sərhəddə sakitlik fonunda danışıqlar” sərlövhəli məqalədə qeyd edilirdi: “Bakı və Yerevan 44 günlük müharibənin ildönümünü nəticəsindən asılı olaraq hər biri özünəməxsus şəkildə qeyd edir. Bu müharibə sentyabrın 27-də başlayıb və noyabrın 10-da sülh haqqında bəyanatla başa çatıb. Bu tarixlər arasında iki dövlət liderinin görüşü qeyri-mümkün görünür”.

Sentyabrın 30-da Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib: “ümid edirik ki, ATƏT-in Minsk Qrupu çərçivəsində müzakirələr aparılacaq, görüş yaxın gələcəkdə keçirilə bilər. -0-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button