Loading...
Loading...
24 saat

“Turan” Vergilər Nazirliyindən məhkəməyə şikayət verib

Turan İnformasiya Agentliyi vergi orqanları tərəfindən onun bank hesablarına qoyulmuş sərəncamlarla bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müvafiq qərarların icrasının dayandırılması barədə ərizə verib. Bu barədə vəkil Fuad Ağayev bildirib.

Oktyabrın 2-də Vergilər Nazirliyi Turan agentliyinin hesablarının yerləşdiyi banklara agentliyin vergi borcunun ödənilməsi üçün hesaba daxil olan pul vəsaitlərinin götürülməsi barədə sərəncam göndərib.

Xatırladaq ki, avqustun 7-də Bakı Lokal Vergilər Departamenti 2014-cü il iyulun 31-dən 2017-ci il iyulun 31-dək olan dövrdə agentliyin 26 907 manat vergidən yayınması və 10 000 manat cərimə barədə qərar çıxarıb. Ümumi məbləğ 37 000 manata yaxın olub.

Avqustun 8-də Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti fakt üzrə səyyar yoxlamaya başlayıb.

Paralel olaraq agentliyə qarşı cinayət işi qaldırılıb, agentliyin direktoru Mehman Əliyev avqustun 24-də həbs olunub. Sentyabrın 11-də “heç yana çıxmamaq” barədə iltizamla onun barəsində həbs qətimkan tədbiri dəyişdirilib.

24saat.org

Mənbə – azadliq.info

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button