Now Reading:
Turistlər Abxaziyanı tərk edir

Turistlər Abxaziyanı tərk edir

Gürcüstandan müstəqilliyini birtərəfli qaydada elan etmiş və tanınmayan Abxaziyanın «Kurort və Turizm Nazirliyi» bildirir ki, turistlər respublikanı tərk edirlər.

Virtualaz.org «Exo Moskvı» radiosuna istinadən xəbər verir ki, Abxaziyadakı otellərin çoxunda turistlər istirahətlərini yarımçıq qoyaraq vətənlərinə dönürlər. Buna səbəb kimi dünən Suxumidə baş vermiş iğtişaşlar göstərilir.

«Nazirlik»dən onu da ediblər ki, yerli əhalinin böyük hissəsi üçün kurort mövsümü yeganə gəlir mənbəyidir.

Xatırladaq ki, dünən müxalifət DİN başçısının istefasını tələb edərək nazirliyin binasına hücum cəhdi edib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.