Siyasət
Turistlərin Azərbaycanda ov etməsinə qadağa qoyulması təklif edilir
Turistlərin Azərbaycanda ov etməsinə qadağa qoyulması təklif edilib.
“Report”un xəbərinə görə, bu təkliflə Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən iclasında çıxış edib.
Deputat bildirib ki, Qızılağac qoruğuna səfəri zamanı orada sanki müharibənin getdiyini görüb: “Hazırda dünyada səhralaşma gedir, ona görə də əcnəbilərin ölkəmizdə ov etməsinə qadağa qoymaq daha məqsədə uyğun olar”.
Mənbə:Report