Loading...
Loading...
CəmiyyətSosial

”Turistlərin xanımlara qarşı xoşagəlməz hərəkətlərinə dair şikayətlər var”

Deputat Elmira Axundova Miqrasiya Məcəlləsinə dəyişikliyə etiraz etdi

“Mətbuatda, xüsusən də sosial şəbəkələrdə bəzi xarici turistlərin bizim ölkəmizdə özlərini artıq dərəcədə sərbəst aparmasına dair, xüsusən xanımlara qarşı xoşagəlməz hərəkətlərinə dair çoxsaylı şikayətlər və etirazlar nəzərə çarpır”.

Bunu Milli Məclisdə Miqrasiya Məcəlləsinə edilən dəyişiklik müzakirə edilən zaman deputat Elmira Axundova deyib. O, son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunan əcnəbilər cəriməni ödədikdə Azərbaycana gəlmələri ilə bağlı qadağanın aradan qaldırılması ilə bağlı Miqrasiya Məcəlləsinə edilən dəyişikliyə etiraz edib:

“Miqrasiya Məcəlləsinə təklif olunan dəyişiklikdə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişinə qadağa və məhdudiyyətlər nəzərdə tutur. Əvvəllər 16-cı maddənin 1.8-ci bəndində əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Miqrasiya qanunvericiliyini pozduğuna görə iki və daha çox inzibati məsuliyyətə cəlb olunduqda, onların ölkəyə girişinə qadağa və məhdudiyyətlər tətbiq olunurdu. Amma indi təklif olunan dəyişiklikdə isə qeyd olunur ki, həmin inzibati məsuliyyətə görə tətbiq edilən cəriməni ödədikdə bu qadağa götürülür.

Buradan belə çıxır ki, ölkəmizə gələn əcnəbilər yaşama qaydalarını pozduğu halda müəyyən məbləğdə cərimə ödəyərək, yenə də burada qalıb istədiyi davranışı davam elətdirə bilər. Bəzi xaricilər üçün bu məbləği ödəmək elə də çətin olmayacaq”.

Deputat bununla bağlı maddəyə müvafiq əlavə edilməsini təklif edib:

“Əgər hansısa əcnəbi artıq bir dəfə cərimələnib və ikinci dəfə yaşama qaydalarını pozubsa, onu respublikamızın hüdudlarından kənara çıxarmaq məqsədəuyğun olardı. Yoxsa ancaq cərimələrlə kifayətlənsək, neqativ hallar çoxala bilər” – deyə deputat bildirib.

Gözdən qaçırmayın:  Həbsdəki MTN generalı iddia edir ki, alınan milyonlar deputata verilib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button