2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Türk diplomatı Rusiyaya qaçdı

Türkiyənin Banqladeşdəki səfirliyinin əməkdaşı Rusiyaya qaçıb. 24saat.org-un xəbərinə görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Qaçan diplomatın adı hələ ki, dəqiq açıqlanmır. Məlumata görə, Banqladeşdən qaçan həmin diplomat dövlət çevrilişinə cəhddə iştirakda şübhəli bilinir.

Saytların yığılması Saytlarin yigilmasi

 

Xatırladaq ki, Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddə ittiham olunan və Yunanıstanda Silahlı Qüvvələrinin hərbi attaşesi olmuş İlhan Yaşıtlı  və Hərbi Dəniz Qüvvələrinin attaşesi olan Halis Tunc avqustun 6-da ailələri ilə birlikdə İtaliyaya qaçıblar.

 

Türkiyə Xarici İşlər Nazirliyi avqustun 7-də Yunanıstanın müvafiq qurumundan İ.Yaşıtlı və H.Tuncun akkreditasiyalarının ləğv edilməsini istəyib. Yunanıstan XİN də həmin gün Türkiyə tərəfinin istəyini təmin edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button