Loading...
Loading...
Xəbərlər

Türk Dövlətləri Təşkilatı Qazaxıstanı dəstəkləyib

Bakı/06.01.22 Türk Dövlətləri Təşkilatı Qazaxıstan xalqına və hökumətinə dəstək verməyə hazır olduğunu bildirib.

Təşkilatın bəyanatında deyilir ki, üzv ölkələr qazax xalqının sağlam düşüncəsinə güvənir və bu ölkədə vəziyyətin tezliklə normallaşacağına əminlik ifadə edirlər.

“Qazaxıstan hakimiyyətinin sülhsevər şəkildə gərginliyi arxada qoymaya, sabitlik və əmin-amanlığı bərpa etməyə qadir olduğuna inanırıq. Qazaxıstan hökumətinə və xalqına lazımi dəstəyi verməyə hazır olduğumuzu bildiririk” – bəyanatda deyilir.

Qazaxıstan Azərbaycan, Türkiyə, Qırğızıstan və Özbəkistanla yanaşı, Türk Dövlətləri Təşkilatının tərkibinə daxildir. Türkmənistan və Macarıstan müşahidəçi ölkələrdir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə yaradılıb və 2021-ci ilin noyabrında İstanbul sammitinin yekunlarına əsasən yenidən adlandırılıb.-02D-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button