2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Türk dünyası simpoziumu keçirilib

Ankarada keçirilən II Beynəlxalq Türk Dili və Ədəbiyyatı Təhsil Simpoziumu türk dünyasının tanınmış alimlərini bir araya gətirib. Qazi Universitetində 17-18 aprel tarixlərində təşkil olunan tədbir professor M. Fuad Köprülünün xatirəsinə  həsr olunub.

Simpoziumda  Türkiyə, Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Uyğur və başqa türk soylu alimlər iştirak edib.   Tədbirdə “Türkologiya ilə bağlı dərslik kitablarının yaradılması”, “Uyğur türkcəsinin tədrisi problemləri”, ” Rusiya imperatorluğunda türkologiya inkişafı ” Fuad Köprülü və Azərbaycan ədəbiyyatı “,” Almaniyada türk dili “,” Ortaq əlifba “,” Azərbaycanlı albanların dili və folkloruna baxış “,” SSRİ dövründə türk dünyasının simvollarla anladılmasının Azərbaycan nümunəsi”  və başqa məsələlər müzakirə mövzusu olub.
Alimlər çoxdan müzakirə olunan ortaq türk dərsliyi yaradılmasına hazırlıq  işlərinin  başlanmasını önəmli sayıblar.

Saytların yığılması Saytlarin yigilmasi

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button