Now Reading:
Türk ordusundan artilleriya zərbəsi: YPG Afrindən geri çəkildi

Türkiyə ordusunun açdığı xəbərdarlıq atəşindən sonra YPG dəstələri Afrindən geri çəkilib. “Anadolu” agentliyi yazır ki, Türkiyə artilleriya qüvvələrinin zərbələrinə tuş gələn kürd silahlı dəstələri Afrinin 10 kilometrliyində dayandırılıb.
Rəsmi Dəməşq YPG qüvvələrinin Afrinə gəlməsinə dair hələlik heç bir açıqlama verməyib. Bundan əvvəl bəzi KİV-lər hökumət qüvvələrinin yaxın günlərdə Afrində və Türkiyə ilə sərhəd ərazilərdə bir neçə mövqeni nəzarətə götürmək niyyətində olduğunu bildirmişdi.

Ötən gün Suriyanın SANA dövlət xəbər agentliyi “Suriya Xalq Qüvvələri” adlandırılan hərbi dəstələrin yaxın saatlarda Afrinə daxil ola biləcəyini bildirmişdi.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan apardığı danışıqlardan sonra Suriya ordusunun Afrinə doğru irəliləməsini dayandırdığını bildirmişdi. Türkiyə baş nazirinin müavini Bəkir Bozdaq da Suriya ordusunun Afrinə daxil olmaq planına dair iddiaların həqiqətə uyğun olmadığını bildirib.
APA

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.