2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetYAP-a Yox Deyək

Türkanda şok: başçının oğlu Eldar Mahmudova 8 hektar bağışlayıb? – Təfərrüat

2010-cu ildə Türkan qəsəbəsində 8 hektar torpaq sahəsi MTN rəhbəri Eldar Mahmudova bağışlanıb.

24saat.org-un verdiyi məlumata görə, bu hədiyyə Xəzər Rayon İcra Hakimiyyəti başçısı Gülağa İslamovun sərəncamı ilə təqdim olunub.

Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahib Babayev və İlham İslamov tərəfindən hasara alınan ərazi Eldar  Mahmudova verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu fakt vəkil Ramiz Zeynalovun irihəcmli məqaləsində öz əksini tapıb. İlham İslamov Gülağa İslamovun oğludur. O, Şüvəlan bələdiyyəsinin sədri olub. Maraqlıdır ki, Xəzər RİH vəkilin açlqladığı faktlarlaq bağlı münasibət bildirməyib.

Türkanda təxminən 40-a yaxın daş karxanası fəaliyyət göstərir ki, onların da bir neçəsi məhz rayon rəhbərinin nəzarəti altındadır.

Qəsəbə sakinləri neçə illərdir eyni problemdən əziyyət çəkir. Bu daş karxanalarının onlara heç bir xeyri yoxdur.

Xəzər rayonu ərazisində aparılan abadlıq-bərpa işlərinə lazım olan daşları da öz karxanalarının hesabına təmin edirlər.

2011-ci ildə Türkan qəsəbəsində məmur özbaşınalığı və sosial vəziyyətin ağır olması ilə bağlı etiraz aksiyası keçirilib.

Buna səbəb Hövsan-Türkan yolunun kənarında yerləşən və qəsəbə sakinlərinə məxsus torpaq ərazilərindəki hasarların uçurulması olub.

Mətbuatda gedən iddialara görə, İlham İslamov qanun pozuntularına görə heç də öz qayınatasından, yəni Qala qəsəbəsi üzrə icra nümayəndəsi Məzahir Hüseynovdan geri qalmır.

24saat.org mediada gedən yazılara istinadla xəbər verir ki, 2014-cü ilin yanvar ayında Xəzər rayon icra başçısının müavini təyin olunan Lalə Əhmədova da Eldar Mahmudovun ən yaxın adamlarından biri olub.

Lalə Əhmədova 2015-ci il parlament seçkilərində 17 saylı Yasamal seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının namizədi kimi seçkilərə qatılmışdı.

Lakin Eldar Mahmudov 17 oktaybrda prezident İlham Əliyev tərəfindən vəzifəsindən çıxarıldıqdan 10 gün sonra Lalə Əhmədova könüllü olaraq namizədliyini geri götürdü.

Həmin vaxt icra başçısının xanım müavinin seçkilərdə namizədliyinin məhz MTN rəhbərliyi tərəfindən irəli sürülməsi ilə bağlı mətbuatda xəbərlər dolaşdı.

Məlumata görə, Lalə Əhmədova Eldar mahmudovun yaxın qohumudur və onun Xəzər rayon İcra başçısının müavini təyinatında da Eldar Mahmudovun rolu az deyil.

Bildirək ki, İslamov Gülağa Bayram oğlu 1948-ci il dekabr ayının 19-da Bakı şəhərində anadan olub. Poltava Koorperasiya İnstitutunun Əmtəəşünaslıq ixtisasını bitirib.

Maraqlıdır ki, G.İslamov 1995-ci ildən bu günə kimi Xəzər rayon icra başçısıdır. Hörmətli icra başçısının və adı çəkilən tərəfərin mövqeyini işıqlandırmağa hazırıq.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button