2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Türkdilli media: müstəqillik problemi

Türkiyə Prezident Administrasiyasının Əlaqələr İdarəsinin təşkil etdiyi “Fundamental keçmiş, güclü gələcək” mövzusunda Forum 22-24 oktyabr tarixlərində İstanbulda keçilirir və Türkiyə liderinin həm türk dünyasından müttəfiqlərinə, həm də düşmənlərinə bir sıra mesajlar göndərməsi üçün meydan rolunu oynayır.

Forumda kino sənayesi və KİV sahəsində əməkdaşlığın inkişafı, habelə dezinformasiyaya, o cümlədən sosial şəbəkələrdə dezinformasiyaya qarşı birgə mübarizə imkanları müzakirə ediləcək.

Türkiyənin dövlət agentliyi Anadolu bununla bağlı belə məlumat verir:

Saytların yığılması Saytlarin yigilmasi

Türkiyə prezidenti qeyd edib ki, bu gün yalan və təhrif olunmuş məlumatlar nüfuza zərər verir, bütün dünyada milyonlarla insana xəsarət yetirir və onların faciəsinə gətirib çıxarır.

“Nəzarət olunmayan sosial şəbəkələr demokratiya, cəmiyyət və dövlətlərin milli təhlükəsizliyi üçün təhdid mənbəyinə çevrilib. Ölkələrimiz müstəqil informasiya sistemi və KİV formalaşdırmalıdır, Türkiyənin müdafiə sahəsində və hərbi sahədə etdiyi kimi”.

Türkiyə liderinin sözlərinə görə, 44 günlük Qarabağ müharibəsi “rəqəmsal faşizmin” əyani təzahürü olub, Qərbin məşhur KİV orqanları Ermənistan Silahlı Qüvvələrinin cinayətlərinə, Azərbaycanın dinc şəhərlərinə endirilən raket zərbələrinə məhəl qoymurdu.

“44 günlük Qarabağ müharibəsi zamanı şahidi olduğumuz informasiya sahəsində ikili standartlar bütün ölkələrimiz üçün dezinformasiya və yalana qarşı mübarizə mövzusunun əhəmiyyətini təsdiq edib. Ermənistan SQ Azərbaycan şəhərlərinə ballistik raketlərlə atəş açır, kütləvi qətllər törədirdi, amma qanlı cinayətlər barədə danışılmırdı və beynəlxalq KİV-də işıqlandırılmırdı. Söz azadlığının və hadisələrin işıqlandırılmasında obyektivliyin əhəmiyyətindən danışan media qurumları əslində Ermənistanın rəsmi informasiya agentliyinin analoqu kimi çıxış edirdi. Qarabağ müharibəsi ölkələrimizin qarşılaşmalı olacağı informasiya embarqosunun nə ilk, nə də son nümunəsidir”.

Türkdilli ölkələr strateji sahələrdə, o cümlədən KİV və informasiya sahəsində təhdidləri özləri aradan qaldırmalıdırlar, deyə Erdoğan qeyd edib.
 

Türkiyə Prezident Administrasiyasının Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun daha da irəli gedərək, Türkiyənin söz azadlığı adı altında beşinci kolon yaradılmasına yol verməyəcəyini bəyan edib.

Türkiyə ölkəyə və ona dost ölkələrə qarşı KİV-də və sosial şəbəkələrdə həyata keçirilən “yalan sənayesini” milli təhlükəsizliyə təhdid kimi qəbul edir, deyə Türkiyə Prezident Administrasiyasının Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun bildirib.

“Dezinformasiya və yalan axını ayrı-ayrı xarici dairələr və qurumlar tərəfindən maliyyələşdirilir. Biz söz azadlığı adı altında beşinci kolon formalaşdırılmasına yol verməyəcəyik”, deyə Altun qeyd edib.

Onun sözlərinə görə, türkdilli ölkələr “kiber-imperialistlərin” istənilən sui-qəsdini istisna edən sağlam birgə informasiya meydançası formalaşdırmalıdır.

“Ankara bundan sonra da türkdilli dövlətlərin imicinə qarşı təhdidlərin aradan qaldırılmasına töhfə veerməyə, dezinformasiya axınlarına qarşı fəal şəkildə mübarizə aparmağa hazırdır”, deyə Türkiyə liderinin administrasiyasının nümayəndəsi sözünə davam edib.

Türkiyə liderinin mövqeyi digər türk dövlətlərinin, o cümlədən türk etnosunun demoqrafiya şkalasında ruslardan sonra ikinci yeri tutduğu Rusiyanın da mətbuat azadlığı və dezinformasiyaya baxışları ilə eyni olub.

Və bu, təsadüfi deyil. Bütün Dünya Mətbuat Azadlığı İndeksində türkdilli dövlətlər, o cümlədən Rusiya xoşagəlməz şəkildə təqdim edilib. Ən yaxşı vəziyyət Qırğızıstandadır – 79 bal, bu, ölkənin problemli dövlətlər arasında olmasına gətirib çıxarır. Türkiyə (153 bal) və Qazaxıstan (155 bal) vəziyyətin pis olduğu dövlətlər arasındadır. Özbəkistanın (157), Azərbaycanın (167), Türkmənistanın (178) vəziyyəti çox pisdir. Rusiya da (150) vəziyyətin pis olduğu ölkələr arasındadır.

Dünya Mətbuat Azadlığı İndeksi hər il 180 ölkədə və ərazidə mətbuat azadlığının vəziyyətinə qiymət verir, jurnalistlərin – dezinformasiya virusuna qarşı əsas vaksinin işinin renkinqə daxil edilmiş 180 ölkədən 73-də ciddi şəkildə çətinləşdirildiyini, 59 ölkədə, yəni qiymətləndirilən ölkələrin 73%-də isə məhdudlaşdırıldığını göstərir.

Jurnalistikanın qarşısının alınması informasiya əldə edilməsi məhdudiyyətlərini və xəbərlərin işıqlandırılmasındakı maneələri ölçən bu “İdenks”lə müəyyən edilir. Bu meyarlara görə Sərhədsiz Reportyorlar göstəricilərin həddindən artıq pisləşdiyini qeydə alıblar. Jurnalistlər yerlərdə informasiyaya, habelə sanitar böhran səbəbindən və ya bəhanəsi ilə informasiya mənbələrinə “çıxışın bağlanması” ilə üzləşirlər.

“Dezinformasiyaya qarşı ən yaxşı vaksin jurnalistikadır, – SR baş katibi Kristof Deluar bundan əmindir. – Təəssüf ki, bu iş və çox vaxt siyasi, iqtisadi, texnoloji və bəzən hətta mədəni amillərlə informasiyanın yayılmasının qarşısı alınır. Sərhədlər nəzərə alınmadan, rəqəmsal platformalarda və sosial şəbəkələrdə yayılan dezinformasiya virusu ilə qarşılaşan jurnalistika ictimai debatların müxtəlif sabit faktlara əsaslandığının əsas zaminidir”.

Digər dünyanın türk dünyasına qarşı qərəzli münasibətinin nümunəsi kimi Erdoğan 44 günlük Qarabağ müharibəsini göstərib. Bu nümunə tənqidə belə layiq deyil. Digər türkdilli dövlətlər kimi, Türkiyə KİV-ləri də Azərbaycanda baş verənlərə çox az diqqət yetirirdilər, hətta sosial şəbəkələr kimi həmrəylik mövqeyi nümayiş etdirmirdi. Türkdilli ölkələrdə KİV-in və sosial şəbəkələrin Qarabağ probleminə yanaşması arasındakı fərq böyük idi. Bu fenomen məhz türkdilli dövlətlərin KİV-lərinin azad olmamasında və sosial şəbəkələrin azad olmasında gizlənir. Bu dövlətlərdə hökumətin nəzarəti altında olan KİV-lər hakimiyyətin baxışını və yanaşmasını nümayiş etdirirdi, həmin vaxt Mərkəzi Asiya ölkələrində hakimiyyətin mövqeyi isə kifayət qədər təmkinli və ehtiyatlı idi.

Daha çox ictimai əhval-ruhiyyənin ifadə edildiyi meydan kimi qiymətləndirilən sosial şəbəkələrdə isə müharibə mövzusu və Azərbaycandakı türk qardaşlara dəstək daha çox idi. Bu da əsaslı olaraq bu ölkələrdəki ictimai münasibətləri ifadə edən azad KİV-lər olacağı halda, cənab Erdoğanın da istədiyi kimi, Azərbaycandakı hadisələrin daha fəal və düzgün şəkildə işıqlandırılacağı barədə fikir yaradır.

Maraqlıdır ki, hökumətin özünü fəal şəkildə münaqişə tərəfi kimi göstərdiyi – Azərbaycana hərtərəfli dəstək göstərdiyi Türkiyədə, işin mahiyyətinə “İki dövlət, bir millət” platformasından baxdıqda, KİV Qarabağ mövzusunu daha soyuq formada işıqlandırırdı.

Buradan belə bir nəticə çıxır ki, dezinformasiyaya qarşı mübarizə yalnız söz azadlığı, azad KİV olduğu halda uğurla aparıla bilər. Və dezinformasiyanın zərərsizləşdirilməsində maraqlı olan Türkiyə mətbuatının azadlığı ilə nümunə olmalı və türk informasiya məkanında bu hərəkata liderlik etməlidir.

Həmrəylik kimi başa düşülən informasiya sahəsində qarşılıqlı fəaliyyət, mübadilə məsələsi SSRİ-nin dağıldığı və 1992-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və 1993-cü ildə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaradıldığı andan etibarən gündəmdədir. Amma bu prosesin iştirakçılarının etiraf etdiyi kimi, bu ölkələrin KİV-lərinin əməkdaşlığı haqqında ikitərəfli və çoxtərəfli sənədlərin imzalanmasına baxmayaraq, informasiya əməkdaşlığı problemi bu günə qədər həll edilməyib.

Bu il sentyabrın 5-də Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Beynəlxalq Türk Akademiyası XVII Avrasiya mediaforumu çərçivəsində “Türk ölkələrində KİV. Yeni şəraitdə əməkdaşlığın inkişafı” mövzusunda dəyirmi masa keçirib. Tədbirdə qeyd edilib ki, “türk ölkələri arasında informasiya mübadiləsində çətinliklər var və çox vaxt informasiya mübadiləsi üçüncü ölkələrin mətbuatı vasitəsilə həyata keçirilir”.

Yəni 29 il ərzində türk ölkələrinin informasiya sahəsində qarşılıqlı fəaliyyəti sovet türk respublikalarının müstəqilliyinin ilk dövründə olan problemlərlə mövcud olmağa davam edib. Bu təcrübədən belə bir proqnoz yaranır ki, türkdilli dövlətlərin KİV-ləri hökumətin nəzarəti altında olmayan sosial şəbəkələrdə türk cəmiyyətlərinin mövcud olduğu və inkişaf etdirdiyi azadlığı əldə etməsə, bu vəziyyət belə də davam edəcək.

Mehman Əliyev

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button