2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Türkiyə Finlandiya və İsveçin NATO üzvlüyünə imkan verəcəkmi?

Finlandiya və İsveçin NATO üzvlüyünə müraciətinə bu ay Madriddə keçiriləcək sammitdə baxılması Stokholm və Helsinkinin Ankaranın tələblərinə cavabından asılı olacaq
Finlandiya və İsveçin NATO üzvlüyünə müraciətinə bu ay Madriddə keçiriləcək sammitdə baxılması Stokholm və Helsinkinin Ankaranın tələblərinə cavabından asılı olacaq.
Bunu iyunun 3-də Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.
İsveç və Finlandiya Rusiyanın Ukraynaya hücumunun yaratdığı geosiyasi təhlükə ilə bağlı NATO üzvlüyü üçün ərizələrini ötən ay veriblər.
Lakin Türkiyə bu iki ölkənin NATO üzvlüyünə müsbət baxmadığını dərhal elan edib.
NATO-nun Nizamnaməsinə görə hər hansı ölkənin təşkilatın üzvü olması üçün bütün qalan üzvlərin razılığı tələb olunur.
Lakin Türkiyə Helsinki və Stokholmu kürd separatçıları və Türkiyənin terrorçu saydığı başqa qruplaşmaları himayə etməkdə günahlandırır.
Bundan əvvəl bu iki ölkə ilə Türkiyə arasında keçirilən danışıqlarda Ankara tələblərinin qarşı tərəfə təqdim olunduğunu bildirib.

“NATO turizm alyansı deyil”
Reuters yazır ki, İsveç və Finlandiya Türkiyə ilə bu xüsusda danışıqların davam etdirildiyini bildiriblər.
Amma Türkiyə prezidenti Recep Tayyip Erdoğan bu həftə bildirib ki, Ankara Helsinki və Stokholmdan tələblərinə hələ də cavab almayıb.
Erdoğanın müşaviri və sözçüsü İbrahim Kalın İspaniyanın El Pais qəzetinə deyib ki, Finlandiya və İsveçin ərizələrinə NATO-nun 29-30 iyun sammitində baxılıb-baxılmayacağı onların Türkiyənin tələblərinə cavabından asılı olacaq:
“Bu, İsveç və Finlansiyanın nə edəcəyindən asılı olacaq. Biz öz tələblərimizə cavab məsələsində irəliləyiş görsək, deməli prosesdə də inkişaf olacaq. NATO turizm və ya iqtisadi alyans deyil. Bu, təhlükəsizlik alyansıdır. Bu isə o deməkdir ki, təşkilat bütün üzvlərinin təhlükəsizliyini eyni dərəcədə və ədalətlə təmin etməlidir”.
NATO-nun baş katibi Yens Stoltenberq Vaşinqtona səfəri zamanı demişdi ki, o yaxın günlərdə İsveç, Finlandiya və Türkiyənin nümayəndələri ilə bu barədə müşavirə keçirəcək.
Lakin Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bu həftə bildirib ki, Stokholm və Helsinkidən konkret cavablar alınanadək belə bir görüşün keçirilməsində məna görmür.

İbrahim Kalın

Saytların yığılması Saytlarin yigilmasi

24 saat” “
Türkiyə Finlandiya və İsveçin NATO üzvlüyünə imkan verəcəkmi?
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button