2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Türkiyə Müdafiə Nazirliyinin nümayəndə heyətinin səfəri

Bakı/08.02.22 Fevralın 8-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə nazirinin müavini cənab Muhsin Dərənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Həsənov Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.

Dərə də öz növbəsində, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından bu cür görüşlərin vacibliyini xüsusi qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Görüşdə Bakıda keçiriləcək “Texnofest-2022” festivalında Azərbaycan Hərbi Hava Qüvvələrinin vasitələrinin və hərbi qulluqçularının iştirakı barədə fikir mübadiləsi aparılıb.

Sonda Azərbaycan ilə Türkiyə arasında ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən hərbi-texniki sahədə birgə işçi qruplarının yaradılması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. -06D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button