2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Türkiyə müxalifəti yeni media qanununu ləğv etdirmək istəyir

Türkiyənin ana müxalifət partiyası – CHP ölkənin yeni media qanununun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu qanun başqa məhdudiyyətlərlə yanaşı “dezinformasiyanın” yayılmasına görə həbsxana cəzaları nəzərdə tutur.

Reuters agentliyi yazır ki, müxalifət qanunu “misli görünməmiş senzura” adlandırıb.

Prezident Recep Tayyip Ərdoğanın hakim AKP partiyası tərəfindən təklif olunmuş bu qanun parlamentdə ötən həftə qəbul olunub.

Respublika Xalq Partiyasının (CHP) lideri Kemal Kılıcdaroğlu öz partiyasından olan millət vəkillərinə deyib ki, CHP oktyabrın 18-də məhkəmədən yeni media qanunun ən mürtəce 29-cu maddəsinin tətbiqinin dərhal qadağan olunmasını xahiş edib.

“Yayğın təfsir”

Bu maddə “dezinformasiyaların” yayılmasına görə həbsxana cəzaları nəzərdə tutur.

Partiya bundan sonra bütün qanunun ləğv olunması üçün müraciət edəcəyini bildirir.

Hökumət bildirir ki, yeni qanun internetdə dərc olunan materialların tənzimlənməsi və ölkəni dezinformasiyalardan müdafiə etmək üçün lazımdır.

İnsan haqları qrupları və Türkiyənin Qərb müttəfiqləri bildirirlər ki, qanundakı “saxta və ya yalan məlumat” müddəasının “yayğın təfsiri” məhkəmələr tərəfindən müxtəılif cür yozula və hökumətin tənqidçilərinə qarşı istifadə oluna bilər.

AKP tənqidləri rədd edir və bildirir ki, senzuranın əleyhinədir və yalnız dezinformasiyaya qarşı mübarizə aparmaq istəyir.

24 saat” “
Türkiyə müxalifəti yeni media qanununu ləğv etdirmək istəyir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button