Dünya

Türkiyə ordusu Suriya sərhədində hazır dayanıb

Quru qoşun əməliyyatı gözlənilir

Türkiyə Silahlı Qüvvələri (TSK) Suriya tərəfindən atılan raket mərmilərinin düşdüyü Kilis rayonuna ordu toplayıb.

Avropa.info Türkiyə mediasına istinadən xəbər verir ki, İŞİD-in Kilisə yenidən raket atacağı halda quru qoşunların Suriya ərazisində əməliyyat keçirəcəyi iddia edilir.

Məlumatlara görə, hökumətdən əmr gəlməsi halında türk əsgərlərinin Suriya ərazisində əməliyyat aparması üçün bütün hazırlıqlar görülüb.

Hərbi mənbələrdən Türkiyə hökumətinə yaxın media orqanlarına verilən məlumatlara görə, türk əsgərləri İŞİD-in Suriyanın cənubuna sıxşdırılması üçün əməliyyat aparması gözlənilir. Məlumatlara görə, Türkiyə sərhədləri yaxınlığında İŞİD-in olmasını istəmir.

Gözdən qaçırmayın:  Xarkovdan dəhşətli görüntülər
Back to top button