2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Türkiyə polisi SOCAR-ın ofisinə hücumun 13 iştirakçısını saxlayıb

Mayın 31-də SOCAR-ın İstanbuldakı ofisi qarşısında Fələstin dəstək olan etiraz aksiyasının 13 iştirakçısı saxlanılıb.
Onlar əmlaka ziyan vurduqları və mülkiyyət toxunulmazlığını pozduqları üçün məhkəmə qarşısına çıxarılacaqlar.
Bu barədə SOCAR-ın ofisinə hücumla müşayiət olunan etiraz aksiyasını  təşkil edən “Min gənc Fələstin üçün”  qrupu X sosial şəbəkəsində məlumat yayıb.
Etirazçılar binaya basqın edərək binanın fasadına qırmızı boya atıblar. Bu şəkildə onlar Azərbaycan neftinin İsrailə verilməsinə etiraz ediblər.
Bu qrup daha əvvəl İsrailə məhsul tədarük edən türk şirkətlərinə etiraz edib. Bu aksiyalardan biri də aprel ayında İstanbul Ticarət İdarəsinin qarşısında keçirilib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button