Xəbərlər

Türkiyə prezidenti Azərbaycana gəlib

Oktyabrın 20-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib.

Türkiyə prezidentinin təyyarəsi günortaya doğru Zəngilan Beynəlxalq Hava Limanına eniş edib. O bu səfər çərçivəsində Zəngilan Beynəlxalq Hava Limanı və “Dost Aqropark”ın açılış mərasimində iştirak etməlidir.

Eyni zamanda, Türkiyə dövlət başçısının Cəbrayıl rayonunda Qumlaq dəmiryolu stansiyası, Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Tədris Mərkəzi, Ağıllı Fidancılıq və Dostluq Meşə Kompleksinin təməlqoyma mərasimlərinə də qatılacağı gözlənir.

Bundan sonra R.T.Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüş keçirməli, birgə mətbuata açıqlama verməlidirlər.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona (Zəngilan və Cəbrayıl rayonları daxil) nəzarəti bərpa edib. Azərbaycan, ErmənistanRusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  İran səfirliyi: 'Təlimlərdən əvvəl Azərbaycan tərəfinə nota verilib'

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button