ÖLKƏ

Türkiyə prezidenti Füzulidə (Video)

Loading...

Füzuli Hava Limanının açılışı olub

Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub.

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər.

Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edilib.

youtube“>


Türkiyə prezidenti Füzulidə

Bu gün, oktyabrın 26-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlib. Onu gətirən təyyarə Füzuli aeroportuna eniş edib.

Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevin dəvəti əsasında Rəcəb Tayyib Ərdoğan Azərbaycanda birgünlük səfərdədir. Türkiyə prezidenti Azərbaycan dövlət başçısı ilə birlikdə işğaldan azad olunmuş Füzulidə beynəlxalq hava limanının açılış mərasimində iştirak etməlidir. Habelə, bölgədə çəkilən avtomobil yolunun və Zəngilanda inşa ediləcək “Ağıllı aqropark” layihəsinin təməlqoyma mərasimlərinə qatılmalıdır.

Xatırlatma

2020-ci il İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Füzuli və Zəngilan rayonları daxil) nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button