Loading...
Loading...
Xəbərlər

Türkiyə prezidenti Rusiyanın Ukraynaya qarşı təcavüzünə inanmır

Bakı/18.01.22 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynanın Rusiya tərəfindən işğal olunması ssenarisini reallıqdan uzaq adlandırıb.

Ukrayna güclü dövlətdir. Belə bir addımın atılması üçün Moskvada dünya ölkə daxilində vəziyyəti təhlil etməlidirlər”, – “Anadolu” agentliyi Ərdoğandan sitat gətirir.

Türkiyə prezidenti həmçinin bildirib ki, ötən gün Kiyevə səfər edən Azərbaycan prezidenti İlham Əliyevlə Ukraynadakı vəziyyəti müzakirə edəcək.

“İlham Əliyevlə danışacağam. Sözsüz ki, bu məsələləri Putinlə müzakirə etmək vacibdir. Bu bölgələr artıq müharibə ilə barışa bilmirlər. Müharibə ssenarisinin siyasi gündəmdən tamamilə çıxarılmasının vaxtı çatıb”, – Ərdoğan jurnalistlərlə söhbətində deyib.

“Başqasının torpaqlarını işğal etmək istəyi arzu olunana gətirib çıxarmayacaq. “Rusiya Ukraynada, Krımda hansı addımları atıb? O, Krıma daxil olub. Putinlə hər söhbət zamanı bəyan edirəm ki, Türkiyə Krımın işğalına qarşıdır”, – Ərdoğan danışıb. -02D

 

Turan
“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun