2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Türkiyə Quru Qoşunları Komandanının səfəri

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Səlcuq Bayraktaroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Türkiyə nümayəndə heyəti Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyev və müdafiə nazirinin müşaviri Bəxtiyar Ersay ilə də görüşüb.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan əlavə, Türkiyə hərbçiləri müdafiə nazirinin müavini, Azərbaycan Quru Qoşunlarının komandanı Hikmət Mirzəyevlə görüşüb.

Görüşdə hər iki ölkənin hərbi qulluqçularının peşəkarlığının artırılması, eyni zamanda qarşılıqlı təcrübə mübadiləsi məqsədilə birgə hərbi təlimlərin keçirilməsinin vacibliyi vurğulanıb və bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button