Dünya

Türkiyə rəsmiləri deportasiya mərkəzlərinin əfqanıstanlı qaçqınlarla dolu olduğunu deyir

Loading...

Türkiyənin İranla sərhədindən 100 kilometrdən çox uzaqda yerləşən kiçik bir körpünün altında bir qrup oğlan uşağı və gənc səbrlə onları sərhədi qaçaqmalçıiıq yolu ilə keçirəcək adamı gözləyir.

Onlar yuyunmayıblar, yorğun və acdırlar. Onların əksəriyyəti 18 yaşdan aşağıdır və hamısı Əfqanıstandandır. Taliban onların şəhər və kəndlərini ələ keçirməyə başlayanda, onlar demək olar ki, evlərini heç bir şey götürmədən tərk edib. İki aydan çox davam edən səyahətdən sonra onların demək olar heç nəyi qalmayıb.

“Şampun, sabun, pul, telefon və saat gətirmişdim. Bir qismi qurtardı, qalanı isə oğurlandı. İndi bu paltarlarım və boş bir çantam qalıb” – deyə, qrupun ən yaşlı üzvü və lideri sayılan 24 yaşlı Sabon Əfqan bildirir.

Bu uşaqlar və gənclər ələ keçirildikləri təqdirdə həbs olunaraq, İran sərhəddən geri göndəriləcəklərindən qorxduqları üçün gizlənirlər. Bəziləri bu səfərin onların ikinci cəhdi olduğunu deyir və onlar aralarındakı yalnız birinin, 12 yaşındakı bir uşağın əsl qaçqın kimi qəbul ediləcəyini düşünür.

Bundan bir gün öncə rəsmilər Türkiyədəki qaçqınların sayını azaltmağa çalışsalar da, Vandakı bir deportasiya mərkəzində jurnalistlərə qaçqınlara insani rəftar səyləri nümayiş etdirilib.

Vanın Qaçqınlar İdarəsinin baş direktoru Cuma Ömürcü humanitar və maddi-texniki səbəblərə görə hazırda qaçqınların Əfqanıstana deportasiya edilmədiyini deyib. O, birmənalı şəkildə bu insanların İrana da deportasiya edilmədiyini bildirib.

Bundan sonra nələrin baş verəcəyini gözləyən Türkiyə rəsmiləri deportasiyanın davam etdirilməsi üçün həftələr və ya aylar gərək olacağını deyir. Hazırda Türkiyədə əsasən Əfqanıstandan olan qaçqınlarla dolu 25 deportasiya mərkəzi var və daha 8 mərkəzin inşası planlaşdırılır.

Ömürcü “İnsan haqları səbəbilə onları geri göndərə bilmərik. Ancaq işlər yaxşı gedərsə, normal deportasiyanı bərpa edəcəyik” deyir.

Türkiyədə bir çox insan isə Əfqanıstandan qaçqın axınına görə qəzəblidir. Onlar ölkələrinin iqtisadi və sosial böhrandan zərər çəkdiyini deyir. Türkiyə 3,6 milyon suriyalı qaçqın da daxil olmaqla 4 milyondan çox qaçqına ev sahibliyi edir.

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button