2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Türkiyə Rusiyadan S-400 hava müdafiə sistemini almaq istəyir

Türkiyənin Rusiyadan S-400 hava müdafiə sistemi alması ilə bağlı məlumatlar yayılıb.

Deyilənlərə görə, krediti də Ankara üçün Moskva tərəfi maliyyələşdirəcək. Hələ ki, heç bir anlaşma haqqında məlumat yoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

NATO üzvü olan ölkə üçün bənzəri hərbi sursatı Rusiyadan almaq, qeyri-adi bir hadisədir.

Bundan əlavə, bu cür hava müdafiə sisteminin satışı, məlumat mübadiləsi ilə bağlı şübhələr doğurur.

Belə ki, Türkiyə, rus sistemindən NATO standartlarına uyğun hava müdafiə sistemlərinə qarşı istifadə edə bilər.

Heç şübhəsiz ki, məsələdə mühüm diplomatik nüansdan da söhbət gedir.

Türkiyə ilə Rusiya arasındakı münasibət, 2015-ci ilin dekabrında türklərin rus hərbi təyyarəsini vurması ilə pisləşmişdi.

Ankara tərəfi iddia edir ki, bu, onların hava məkanına Suriyadan müdaxilə nəticəsində baş verib.

Artıq hər iki ölkə arasında Suriya ilə bağlı qarşılıqlı anlaşma yaranmağa başlayıb.

Türkiyə daha çox öz suverenliyi uğrunda kürd-separatçıları ilə mübarizəyə köklənib.

Ölkənin əsas məqsədi, Suriya ilə sərhəddə kürdlərin idarə etdiyi ərazidən yayılacaq təhlükənin qarşısını almaqdır.

Bununla belə, Türkiyə, Suriyaya – daha doğrusu ABŞ-n hərbi müttəfiqlərinə hədəflənmiş hava zərbələri də edir.

Türkiyənin addımları, Washington-da mühakimə olunmağa başlanıb. Xüsusilə də bu, Rusiya ilə Türkiyə arasındakı yaxınlığa köklənib.

Bəs bu, həqiqətənmi Türkiyənin Moskvadan sursatı alacağı mənasına gəlir?

İlk olaraq, S-400-n işarə sistemi müxtəlif xüsusiyyətlərə əsaslanıb və sistemin ixrac versiyası çox güman ki, Rusiyanın öz qüvvələri tərəfindən idarə etdiyi qədər təkmil deyil.

Rusiya, NATO-ya üzv digər ölkələrin S-400 sisteminə qarşı döyüş təyyarələrindən istifadə etməsi ilə razılaşarmı?

Bir NATO üzvü – Yunanıstan – sistemin keçmiş versiyası olan S-300-dən istifadə edir və bunu Kiprdən alıb. İsrail isə Afina ilə birgə təlimlərdə, yunan hava qüvvələrinə qarşı döyüş oyunlarını həyata keçirib.

Türkiyə isə bunu yaşayıb. Şübhəsiz ki, hava müdafiə sisteminə ehtiyacı var.

2013-cü ilin sentyabrında Çin, Türkiyə sənayesi ilə birgə yeni silahın yaradılması üçün seçilir.

Çin, Avropa istehsalı EUROSAM konsorsiumundan daha təkmilini yaratmaqla yanaşı, Raytheon və Lockheed Martin tərəfindən Patriot sistemi əsasında yaradılan sistemə birgə təklif də irəli sürür.

Bu, NATO üzvü paytaxtlar arasında narahatçılığa səbəb olmuşdu.

Belə olduqda Türkiyə, Çin variantını buraxıb ABŞ və Avropa birgə konsorsiumu ilə bağlı danışıqlara başlamışdı.

Lakin, yenidən NATO əsaslı olmayan alış-veriş haqqında söz-söhbətlər gəzməyə başlayıb.

Türkiyə Rusiyadan reaktiv silahı alarsa, nəticələri əhəmiyyətli olacaq.

Bu, Ankaranın İttifaqdan uzaqlaşması təsiri bağışlayacaq.

S-400 yəqin ki, təkbaşına sistem kimi işlədiləcək və potensial qarşıdurmanın carçısına çevriləcək.

NATO inteqrasiya olunmuş hava müdafiə strukturuna malikdir – İttifaq, Türkiyənin hava müdafiəsi sisteminin xərclərinin yəqin ki, yarısını qarşılayıb – və Rusiyadan sursat alış-verişi Türkiyənin Atlantik İttifaqı ilə münasibətinə büsbütün təsir göstərə bilər.

Maliyyə, xüsusiyyətlər və texnologiya mübadiləsi kimi mürəkkəb məsələlər nəzərə alınarsa, Rusiya sövdələşməsinin baş tutmamaq şansı hələ də var. (BBC azeri)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button