Loading...
Loading...
Dünya

Türkiyə və Çinin Orta Asiyanı gözaltılaması

Türkmənistan Türkiyə silahlarının, xüsusilə Bayraktar TB2 dronlarının çoxdankı müştərisidir. Qırğızıstan da 2021-ci ildə Tacikistanla sərhəd münaqişəsindən sonra bu silahlardan almağa başlayıb

Rusiya fevralın sonunda Ukraynanı işğal etməyə başlayandan Orta Asiya hökumətləri Moskvadan asılılığı, bu müharibənin səbəb olduğu iqtisadi sanksiyaların fəsadlarını azaltmağa çalışırlar.

AzadAvropa/AzadlıqRadiosunun müxbiri Reyd Stendiş belə bir ortamda regionla dərin əlaqələri olan Çinlə Türkiyə üçün yeni imkanlara qapı açıldığını yazır. Axı, region liderləri də müxtəlif güclər arasında çoxdankı balanslaşdırma aktlarına yenidən baxırlar.

Türkiyə təzəlikcə Orta Asiyada ticarət, müdafiə sazişləri imzalayıb, silah satışını gücləndirir. Prezident Receb Tayyib Ərdoğan Qazaxıstan və Özbəkistanda həmkarları ilə yüksək səviyyəli görüşlər keçirib.

Bədbin proqnozlar, siyasi keçid

Çin isə regionda təhlükəsizlik maraqlarını, enerji ixracı və qiymətli materiallara çıxışı təmin edir. Pekin diplomatik əməkdaşlığı, ritorikasını da gücləndirib. Xarici işlər naziri Vanq Yi iyunun 7-də Qazaxıstana səfər edib, iyunun 8-də Nur-Sultanda Çin-Orta Asiya xarici işlər nazirlərinin üçüncü illik toplantısı keçirilib.

“Müharibə başlayandan Türkiyə və Çin Orta Asiyada fəaliyyətini hiss olunacaq dərəcədə gücləndirib. Hər iki ölkə regionda iştirakını artırmaq fürsəti görür”, – Vaşinqtondakı Milli Müdafiə Universitetindən Erika Marat AzadlıqRadiosuna deyib.

Onun sözlərinə görə, əlaqələrin genişləndirilməsinə maraq qarşılıqlıdır.

Kremlin Orta Asiyaya təsiri güclüdür və bu ölkələr Rusiyanı tənqid etməməyə çalışırlar. Amma eyni zamanda, bədbin regional iqtisadi proqnozlar, vacib siyasi keçid dövründə Moskvaya alternativ tərəfdaşlar tapmağa can atırlar.

Türkmənistanda avtokratik lideri Qurbanquli Berdimuxammedovun oğlu Sərdar martda hakimiyyətə gəlib. Qazaxıstanda iyunun 5-də keçirilmiş referendumda keçmiş prezident Nursultan Nazarbayevin titullarının alınmasına səs verilib.

Daxili məsələ

Qlazqo Universitetində Avrasiya Araşdırmaları üzrə professor Luka Ansesku deyir ki, Rusiya illər boyu Orta Asiyaya gətirdiyi tendensiyaları izləmək gücündə deyil və Moskvanın başı indi başqa yerə qarışdığı bir vaxtda bu ölkələr fürsətdən yararlanmağa çalışırlar.

“Orta Asiya üçün bu, daxili məsələdir. Onlar müharibənin hər hansı fəsadını məhdudlaşdırmağa, qarşısını almağa çalışırlar”, – o deyir.

Ancaq regional müşahidəçilərin Pekinin Orta Asiya iqtisadi mühərrikə çevrilə biləcəyi ilə bağlı sualları var.

“Müharibənin Pekinin regiona yanaşmasını dəyişib-dəyişmədiyini bilmirəm. Mən də Çinin Orta Asiyada indikindən daha artıq möhkəmlənmək istədiyindən əmin deyiləm”, – Ançesku deyir.

Türkiyəyə gəlincə, Ərdoğanın Özbəkistana ikigünlük səfəri zamanı qarşılıqlı ticarət dövriyyəsini 10 milyard dollara qaldırmaqla bağlı razılaşma əldə olunub. Qazaxıstan Prezidenti Qasım Jomart Tokayevin Ankaraya səfəri zamanı da oxşar rəqəm səslənib.

Gözdən qaçırmayın:  Qlobal güclər nüvə arsenalını böyüdürlər – SIPRI

Tbilisidəki Avropa Universitetindən Emil Avdaliani deyir ki, Rusiyanın Ukraynanı işğalı Türkiyənin Orta Asiya ilə əməkdaşlığına yeni təkan verib.

Silah satışı, ticarət

Türkyə dronları Azərbaycanın 2020-ci ildə Qarabağ müharibəsində üstünlük qazanmasında aparıcı rol oynayıb, indi isə bu silahlardan Ukrayna qüvvələri istifadə edir.

Türkmənistan Türkiyə silahlarının, xüsusilə Bayraktar TB2 dronlarının çoxdankı müştərisidir. Qırğızıstan da 2021-ci ildə Tacikistanla sərhəd münaqişəsindən sonra bu silahlardan almağa başlayıb.

24 saat” “
Türkiyə və Çinin Orta Asiyanı gözaltılaması
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button