Loading...
Loading...
Xəbərlər

Türkiyə və İsrail Avropaya qaz tədarükü məsələsində əməkdaşlıq edə bilər

Bakı/04.02.22 Ankara İsrailin Aralıq Dənizində çıxardığı qazdan özü istifadə etməyə, həmçinin onu Avropaya nəql etməyə hazırdır. Bu barədə cümə günü Türkiyə prezidenti Erdoğan Kiyev səfərindən qayıdarkən jurnalistlərə bildirib.

“Biz bundan əvvəl də İsraillə bu mövzuda danışmışdıq. Biz İsrail qazından ölkə daxilində istifadə edəcəyik, bundan başqa, Avropaya qaz nəqli üzrə birgə işə başlayacağıq”, deyə NTV telekanalı Erdoğandan sitat gətirir.

O qeyd edib ki, bu məsələni martda İsrail prezidenti İshak Hersoqun Ankaraya nəzərdə tutulan səfəri zamanı müzakirə etmək niyyətindədir.

“Ümid edirəm ki, cənab Hersoqun səfəri zamanı bu mövzular gündəliyimizdə olacaq. Bundan başqa, biz İsrail baş naziri Naftali Bennetlə də bu barədə danışacağıq”, deyə o qeyd edib.

İsrail Şərqi Aralıq Dənizindən çıxarılan qazı EastMed Pipeline qaz kəməri ilə ixrac etməyi planlaşdırırdı. Amma layihə öz xərclərini qarşılamaq iqtidarında olmadığına görə o, bu fikirdən daşınıb. Bu layihəni Yunanıstan, Kipr və İsrail İsrailin “Leviafan” və Kiprin “Afrodita” yataqlarından çıxan qazın Kipr və Krit adalarından keçməklə Yunanıstana, oradan isə İtaliyaya nəqli üçün həyata keçirmək istəyirdi. Qaz kəmərinin uzunluğu 1900 km təşkil etməli idi, bunun 1300 km-i suyun altından keçməli idi. Amma bu ilin əvvəllərində ABŞ Yunanıstan, Kipr və İsrailə ekoloji və iqtisadi səbəblərdən bu layihəni dəstəkləmədiyini bildirib.

Hazırda Türkiyə Cənub Qaz Dəhlizinin mühüm halqasıdır və artıq geniş Yaxın Şərq, Aralıq Dənizi regionundan, habelə Xəzər regionundan Avropaya qaz nəqli üçün bütün lazımi infrastruktura malikdir. -02D-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button