Xəbərlər

Türkiyə və Rusiya prezidentləri danışıblar

Türkiyə prezidenti Recep Tayyip Erdoğan oktyabrın 7-də rusiyalı həmkarı Vladimir Putinlə telefonda danışıb.

Reuters agentliyinin xəbərində deyilir ki, Türkiyə prezidenti iki ölkə arasında yaxşılaşan ikitərəfli bağlardan və Ankaranın Ukraynadakı müharibənin sülh yolu həll olunmasına yönəlik istəyindən danışıb.

Türkiyənin Kommunikasiyalar Müdirliyi bildirir ki, söhbət zamanı habelə Ukraynadakı son vəziyyət müzakirə olunub.

NATO üzvü Türkiyə həm Kiyev, həm də Moskva ilə yaxşı münasibətlərə malikdir və balanslı siyasət yürütməyə çalışır.

Türkiyə Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmasa da, Moskvanın Ukraynaya müdaxiləsini pisləyib. Türkiyə habelə Ukrayna ordusunu döyüş və kəşfiyyat dronları ilə təchiz edir.

Türkiyə ötən iyul ayında BMT ilə birlikdə Qara dəniz limanlarından Ukrayna taxılının daşınması üçün vasitəçilik edib.

Reuters yazır ki, Moskva və Ankaranın münasibətləri mürəkkəbdir.

Onlar enerji sahəsində sıx əməkdaşlıq etsələr də, Suriya, Liviya və Azərbaycandakı münaqişələrdə əks mövqelərdən çıxış ediblər.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Lənkəranın baş memarı tutulub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button