Loading...
Loading...
Dünya

Türkiyədə inflyasiya 23 ildə ən yüksək həddə çatıb

Türkiyə əhalisini getdikcə daha çox narazı salan ərzaq qiymətləri bir il öncəylə müqayisədə 91.6 faiz artıb

Mayda Türkiyədə istehlakçı qiyməti indeksi son 23 ildə ən yüksək həddə çatıb – 73.6 faiz olub. Bu haqda “Financial Times” yazır.

Qəzet Prezident Receb Tayyib Ərdoğanın 790 milyard dollarlıq iqtisadiyyatı qeyri-ənənəvi idarəetmə strategiyasının əkstəsir göstərdiyini qeyd edir.

Ərzağın qiyməti 91 faiz artıb

Ölkənin statistika agentliyinin açıqladığı indeks 1998-ci ilin oktyabrından bəri ən yüksək səviyyədir. Türkiyə həmin dönəmdə qeyri-sabit koalisiya hökumətləri və iqtisadi çaxnaşma dövründən çıxırdı.

Türkiyə əhalisini getdikcə daha çox narazı salan ərzaq qiymətləri bir il öncəylə müqayisədə 91.6 faiz artıb.

Ötən il Ərdoğan, artan inflyasiyaya baxmayaraq mərkəzi bankı faiz dərəcəsini bir neçə dəfə azaltmağa vadar edib. Prezident yüksək faiz dərəcələrinə qarşı çıxır. O, yeni iqtisadi model tətbiq etdiyini, ucuz lirə və ixracda artımla ölkənin uzunmüddətli ticarət defisitini qapadacağını, inflyasiyanı salacağını deyirdi.

Riskli “eksperiment”

Ancaq iqtisadçılar bu planı yüksək riskli iqtisadi “eksperiment” hesab edirdilər.

Fevralın sonunda Rusiyanın Ukraynaya qarşı müharibəyə başlaması qlobal enerji qiymətlərində artıma səbəb olub. Bu isə Türkiyəyə onsuz da baha başa gələn enerji idxalının xərcini artırıb. Bu da öz növbəsində inflyasiyanı yüksəldib.

Ərdoğan ötən ay deyirdi ki, uçot dərəcəsilə inflyasiya arasında əlaqə quranlar ya “savadsızdırlar, ya da xəyanətkar”.

Ukraynada müharibə bütün dünyada ərzağın qiymətini artırıb. Beynəlxalq qurumlar qlobal ərzaq böhranıyla bağlı xəbərdarlıq səsləndirirlər.

24 saat” “
Türkiyədə inflyasiya 23 ildə ən yüksək həddə çatıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  ‘Qazaxıstanı böyük kənd bilirdim’. ‘Rusiyada qalmaq istəmirəm’

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button