Loading...
Loading...
Dünya

Türkiyədə İŞİD-ə qoşulmaq istəyən 5 nəfər öldürülüb

Türkiyə hərbçiləri Suriya ərazisinə keçərək İŞİD terror qruplaşmasına qoşulmaq istəyən 5 nəfəri zərərsizləşdiriblər. Bu barədə yerli hökumət orqanlarına istinadən “Reuters” məlumat yayıb.

İnsident cümə günü Türkiyənin cənub-şərqində yerləşən Qaziantep əyalətində baş verib.

Əyalət qubernatoru ofisindən verilən məlumata görə, daha 5 nəfər hərbçilər tərəfindən saxlanılıb.

Gözdən qaçırmayın:  Ukraynalılar "Bayraktar"a mahnı yazdılar
Back to top button