Loading...
Loading...
Xəbərlər

Türkiyədə meşə yanğınları davam edir

Gündüz söndürülmüş yanğın gecə yenidən alovlanıb

Türkiyənin Antalya şəhərinin Manavgat adlanan bölgəsində başlayan və ətraf ərazilərə yayılan meşə yanğınları 5 gündür davam edir.

Ən son açıqlanan statstikaya görə, yanğınlar nəticəsində 8 nəfər həyatını itirib. Muğlanın Bodrum şəhərinin Gökpınar, Yuxarı və Aşağı Mazı məhəllələri ilə Armutçuk bölgəsində davam edən yanğınların söndürülməsi işləri davam edir.

Kənd təsərüfatı və meşə naziri Bəkir Pakdemirli özünün “Twitter” hesabında “meşə qəhrəmanları böyük cəsarətlə mücadələyə davam edirlər” – deyə, bildirib:

“Antalya Manavqatda və Gündoğmuşda 2, Muğlada 4, Tunceli Hozatda isə 1 yanğın davam edir. Son 5 gündə 117 yanğın konrol altına alınıb”.

CNN Türk də yazır ki, hazırda 7 meşə yanğını davam edir. Onlardan biri əvvəlcə söndürülüb, sonra yenə alovlanıb.

Sayt qeyd edir ki, havadan və qurudan edilən müdaxilələrlə gündüz saatlarında kontrol altına alınan Güzelbağdakı meşə yanğını axşam saatlarında təkrar başlayıb.

Alanyanın Bələdiyyə sədri Adem Murat Yücel bildirib ki, Güzelbağın üst bölgələrində akşam saatlarında yanğın yaşayış məntəqələrinə yaxınlaşıb:

“Buna görə həmin ərazilərdə yaşayanların yenidən təhliyəsinə qərar verilib. Evlərini boşaltmaq məcburiyyətində qalan vətəndaşlar üçün şadlıq evlərində, liseylərdə müvəqqəti qalmaq üçün yerlər hazırlanıb. Vətəndaşları bələdiyyə avtobusları, tır və kamazlarla riskli bölgədən uzaqlaşdırırıq. Eyni zamanda, yanğın bölgəsindəki bütün heyvanlar da bələdiyyə maşınları ilə güvənli ərazilərə köçürüləcək”.


24 saat” “Türkiyədə meşə yanğınları davam edir” başlıqlı yazını “”yə istinadən dərc edib.

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button