Türkiyədə “Twitter”in məhdudlaşdırıldığı bildirilir

Yayımlandı: 8 Fevral 2023 18:19
İstifadəçilər bunu hakimiyyətin tənqid olunması ilə əlaqələndirirlər
Türkiydə “Twitter”in məhdudlaşdırıldığı bildirilir.
Sosial şəbəkədə yayılan məlumatlara görə, məhdudiyyət fevralın 8-də tətbiq edilib.
Artıq bir çox internet provayderlərin “Twitter”ə qadağa qoyduğu deyilir.
Məhdudiyyətlə bağlı hər hansı bir rəsmi açıqlama verilməyib.
Real vaxt rejimində “NetBlocks” göstəriciləri “Twitter”in əsas internet provayderləri olan TTNet və “Turkcell”də SNI filtrasiyası vasitəsilə məhdudlaşdırıldığını göstərir.
Bu informasiya ilkin 40 baxış nöqtəsindən toplanmış ümumi əlçatanlıq statistikası əsasında analiz edilib.
Fevralın 6-da Türkiyədə baş verən və çoxsaylı insan tələfatına səbəb olan zəlzələyə görə AKP hakimiyyəti və Prezident Ərdoğan daha çox “Twitter” tənqid olunur.
Eyni zamanda, “Twitter” Türkiyədə ən populyar sosial şəbəkə hesab edilir.