Loading...
Loading...
Xəbərlər

Türkiyədə üç dildə çıxmış `Sumqaylt` kitabının təqdimatı olub

Ankara/23.02.22 Ankarada Türkiyə  prezidentinin icra  aparatına bağlı  `Millət`  kitabxanasında  tanınmış hüquqşünas  və tədqiqatçı Aslan İsmayılovun `Sumqayıt`  kitabının təqdimatı olub.

Kitabı İstanbulda fəaliyyət göstərən `Nestor` nəşriyyatı  2021-ci ilin noyabrında  Türkcə, ingiliscə  və fransızca çap  edib.  `Sumqayıt`  kitabına  ön sözü   Türkiyəyə qarşı   yönəldilmiş  əsassız `erməni soyqırımı`  iddialarını puça çıxaran   fundamental əsərlərin müəllifi, prezident   Ərdoğanın baş  müşaviri  Seyid  Sərtçəlik   yazıb.

Azərbaycanın Ankaradakı səfirliyinin, `Millət`  kitabxanasının  və `Nestor`  nəşriyyatının birgə  təşkil  etdiyi  təqdimat  mərasiminə Türkiyənin elmi-siyasi  ictimaiyyəti,  tələbələr   və media  böyük maraq  göstərib.

Təqdimat mərasimində  çıxış edən yüksək vəzifəli dövlət  məmurları, millət vəkilləri, tələbələr   zəngin arxiv materialları əsasında qələmə alınmış `Sumqyıt`   kitabının   üç dildə çapdan çıxmasını   araşdırmalar sahəsində Türkiyənin  önəmli  hadisələrindən  biri kimi xarakterizə  ediblər.

Natiqlər  kitabın mühüm  kitabxanalar tərəfindən satın alınmasının,dərsliyə  daxil edilməsinin, kitabın əsasında film çəkilməsinin  və ali məktəblərdə əlavə kitab kimi oxudulmasının vacibliyini vurğulayıblar.

`Sumqayıt` kitabının təqdimatından sonra Turan İnformasiya Agentliyinə açıqlama  verən   kitabın  müəllifi  Aslan İsmayılov deyib: ”Sənədlər  əsasında yazdığım bu kitab bizə  qarşı qurulan oyunun ilk səhnəsini təsvir  edir. Mən bu oyunların  iç üzünü açmışam.Sumqayıtdakı hadisələri SSRİ  Dövlət  Təhlükəsizlik Komitəsi  təşkil etmişdi, məqsəd Dağlıq  Qarabağın  Ermənistana birləşdirilməsi qərarına zəmin hazırlamaq  idi. Ermənilər məhz Sumqayıt hadisəsini əldə bəhanə  edərək  dünyaya bizi `vəhşi` kimi göstərməyə çalışdılar,bir neçə  gündən d sonra Xankəndində  hadisələr başladı, daha sonra Xocalı soyqırımı törədildi, daha sonra isə topraqlarımızı işğal etdilər. Hamısının başlanğıc   nöqtəsi SSRİ  DTK-sının Sumqayıtda  törətdiyi hadisə idi.Kitabımı Türkiyədə üç dildə çap  edən `Nestor` nəşriyyatına təşəkkür  edirəm. İllərdən bəri `Sumqayıt`ın  Türkiyədə çıxmasını və təqdimatını gözləyirdim. Türkiyə prezident aparatına bağlı `Millət` kitabxanasında keçirilən təqdimat mərasimi məni xeyli məmnun etdi. Kitabıma ön söz yazmış prezidentin baş müşaviri Seyid  Sərtçəlikə, təqdimat mərasimində çıxış edən siyasətçilərə,alimlərə, başda  hörmətli səfir olmaqla  Azərbaycanın Ankaradakı  səfirliyinə  və Ankaradakı bəzi digər ölkələrin səfirlik nümayəndələrinə   minnətdarlığımı bildirirəm. `Millət` kitabxanası və Türkiyə mədəniyyət və turizm naziriliyinə bağlı  kitabxanalar  üç dildə çıxmış `Sumqayıt`   kitabımdan alacaqlar. Məncə, bu da  Azərbaycanlı  bir  müəllif  üçün müsbət  hadisədir. Türkiyə mediasının təqdimat mərasiminə göstərdiyi maraqdan  da çox  razıyam, əksər  mətbu orqanı təqdimat mərasimi barədə xəbər  verdi. Mərasimdə  çıxış  edənlər   kitabımın əsasında film  çəkilməsini, bəzi  parçaların   dərsliklərə   daxil edilməsini, ali məktəblərin tarix bölmələrində əlavə kitab kimi oxudulmasını təklif  etdilər, bunlar hamısı   məni  sevindirən cəhətlərdir. Ümid edirəm  ki,`Sumqayıt` kitabımın başqa ölkələrdə çapının və təqdimatının təşkil edilməsi  üçün Azərbaycan XİN müvafiq  təlimatı   səfirliklərimizə göndərəcək.`Nestor`  nəşriyyatı bu ilin noyabr ayında İstanbulda keçiriləcək  dünyanın ikinci böyük  kitab yarmarkasında çıxışımı və imza mərasimimi təşkil etməyi də planlaşdırıb. Azərbaycanda çoxları elə bilir ki, hər hansı kitabı çap edən kimi  Türkiyənin xəbəri olur. Ancaq belə  deyil,kitabları tanıtmaq,satışını düzgün təşkil etmək,təqdimat mərasimləri keçirmək uzun proseslərin tərkib hissəsidir. `Sumqayıt` kitabımla bağlı bu işləri uğurlar təşkil edən `Nestor` nəşriyyatına bir daha minnətdarlığımı bildirirəm ”.

Gözdən qaçırmayın:  Ukrayna və Rusiya arasında danışıqların birinci raundu baş tutub

2020-ci ilin payızında İstanbulda yaradılan `Nestor`  nəşriyyatının əsas məqsədi Azərbaycan, rus  və dünya  ədəbiyyatının və elminin dəyərli əsərlərini Türkiyədə çap edərək oxuculara yaxından tanıtmaq,satışını təşkil etməkdir. Nəşriyyatının qısa müddətdə nəşr  etdiyi kitabların arasında Əhməd Ağaoğlunun, Məhəmməd Əmin Rəsulzadənin, Vaqif Sultanlının və b. önəmli müəlliflərin əsərləri vardır.

`Nestor` yaxın gələcəkdə Məhəmməd Əmin Rəsulzadənin `Azərbaycan şairi Nizami`, Aybəniz Rəhimovanın `Qulam Məmmədli və təzkirəsi` və `Türk  dünyasının elm adamları. Filologiya-Azərbaycan`  kitablarını, Rüstəm İbrahimbəyovun nəsr əsərlərindən ibarət yeddi kitabını, F.M.Dostoyevskinin `Cinayət və cəza` romanını (1866-cı il variantından tərcümə), Vaqif  Sultanlının hekayələrini  çap etməyi planlaşdırır. –0—

 

24 saat” “Türkiyədə üç dildə çıxmış `Sumqaylt` kitabının təqdimatı olub” başlıqlı yazını “Turan”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button