Loading...
Loading...
Siyasət

Türkiyədə yanğını söndürən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları mükafat alacaqlar

Bakı/23.08.21 Bu gün Prezident İlham Əliyev Türkiyədə meşə yanğınlarının söndürülməsində iştirak edən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının təltif edilməsi haqda sərəncam imzalayıb.

Dövlət başçısı yanğınsöndürənlərin pul ilə mükafatlandırılması üçün prezidentin 2021-ci il üçün Ehtiyat Fondundan 1 milyon manatın (təxminən 590 min dollar) ayrılmasını tapşırıb.

Qeyd edək ki, Türkiyədə yanğınların söndürülməsinə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 700-dən çox əməkdaşı, amfibiya təyyarəsi və aviasiya dəstəsinin vertolyotları cəlb edilmişdilər. –06D-

 

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  RT və Sputnik-in YouTube kanalları Avropada bloklanır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button