Loading...
Loading...
Dünya

Türkiyədən Suriyaya silahlı müdaxilə – 11 ölü

Türkiyə Silahlı Qüvvələrinə məxsus qırıcılar Suriyanın Cerablus şəhərində yerləşən İŞİD mövqelərinə hava zərbələri endirib.

Axar.az xəbər verir ki, təşkil edilən əməliyyatlar nəticəsində 11 İŞİD-çi öldürülüb.

Məlumata görə, terrorçulara aid sığınacaqlar, silah-sursat anbarı da məhv edilib.

Qeyd edək ki, bir müddətdir İŞİD qruplaşması sözügedən ərazidən Türkiyənin Qaziantep şəhərinin Karkamış mahalını atəşə tuturdu.

Gözdən qaçırmayın:  CanlıUkraynaya hücumun 7-ci günü. Kiyevə raket zərbələri endirilir
Back to top button