2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Türkiyəli nazir: Zəngəzur dəhlizi ilə bağlı iki variant var

“Azərbaycandan Naxçıvana Ermənistan üzərindən marşrutun açılması istiqamətində işlər gedir, amma İran ərazisindən keçməklə alternativ variant da var”. 

Toplum TV “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bunu fevralın 19-da Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu bildirib

“Ermənistan ərazisindən keçən marşrut üzərində iş aparılır. Onun uzunluğu 43 kilometrdir. Amma Ermənistan tərəfindən problemlər yaranarsa, o zaman Azərbaycanın dəhlizin İran ərazisindən keçməsi imkanları ilə bağlı İranla təmasları var”, – Uraloğlu qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, hazırda hər iki variant nəzərdən keçirilir. 

Tikintinin hansı mərhələdə olduğu sualına gəlincə, Türkiyə rəsmisi bildirib ki, Azərbaycan tərəfi öz ərazisində tikinti işlərini davam etdirir. Türkiyədən Naxçıvana yolun tikintisi üçün də tender elan olunub.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button