2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Türkiyənin 5 bankı Mir ödəniş sistemini qəbul edir

Mir kartla ödəniş sistemi isə rusiyalı turistlərə Türkiyədə alış-veriş üçün ödəniş imkanı verəcək

Saytların yığılması Saytlarin yigilmasi

Türkiyənin beş bankı Rusiyanın Mir ödəniş sistemindən istifadə etməyə başlayıb. Bu isə Ukraynanın işğalına görə qoyulmuş sanksiyalardan yayınma ehtimalı ilə bağlı narahatlıq yaradıb.

Rusiya fevralın sonunda Ukraynaya hücuma başlayandan Mastercard və Visa Rusiyada əməliyyatları dayandırıblar. Mir kartla ödəniş sistemi isə rusiyalı turistlərə Türkiyədə alış-veriş üçün ödəniş imkanı verəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 5-də Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra deyib ki, bu sistemin qəbulu üzrə “çox ciddi irəliləlişlər” var.

Ərdoğanın sözlərinə görə, Türkiyə Rusiya təbii qazının bir qismi üçün rublla ödəniş etməyə razılaşıb.

Soçidəki görüşdən üç həftə öncə Türkiyə lideri Putinlə İranda bir araya gəlmişdi.

Ankara Rusiyanın Ukraynaya təcavüzünü pisləsə də ona sanksiya tətbiq etməyib, yaxud hava məkanını bu ölkənin üzünə bağlamayıb.

Türkiyə iqtisadiyyatı 2021-ci ildə bir il öncəylə müqayisədə 11 faiz artıb. Ancaq iyulda inflyasiya 80 faizə çatıb.

Türkiyə rusiyalı turistlərin ən çox getdiyi ölkədir, 2019-cu ildə 7 milyon rusiyalı Türkiyədə olub.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button