Texnologiya
Türkiyənin avtomobil istehsalı ilə bağlı YENİ XƏBƏR

Türkiyənin yerli və milli avtomobili olan TOGG-un ilin sonuna kimi istehsala başlayacağı açıqlandı.
Lent.az-ın yerli KİV-ə istinadən verdiyi xəbərə görə, Türkiyənin sənaye və texnologiya nazirinin müavini Mehmet Fatih Kacır sosial media hesabında TOGG-nun yeni görüntülərinin paylaşılması ilə bağlı mətbuata məlumat verərək bildirib: “Millətimiz tərəfindən yaxından təqib edilən və maraqla gözlənilən Türkiyənin avtomobil layihəsi diqqət mərkəzindədir. İlin sonuna qədər TOGG-un istehsalına başlanacaq.
Son günlər sosial şəbəkələrdə mənfi 40 dərəcə soyuq, güclü qar və buzlanma şəraitində aparılan sınaqların videoları böyük marağa səbəb olub. TOGG bütün bu sınaqlardan çox uğurla keçib”.
You must log in to post a comment.