Bizim tərcümə

Türkiyənin bu addımı tarazlığı dəyişdi… Yunan mətbuatından manşet: Avropanı ikiyə böləcək

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-10-20 10:11:53

Rusiya prezidenti Putinin göstərişi ilə fevralın 24-də başlayan müharibə bütün sürəti ilə davam edir.

Qərb, xüsusilə ABŞ Ukraynaya silah verməkdə davam edərkən, Rusiya qazından asılı olan Avropa ən sərt qışa hazırlaşır.

Saytların yığılması Saytlarin yigilmasi

Bir çox Avropa ölkəsinin təcili tədbirləri müzakirə etdiyi bir vaxtda Rusiya liderindən diqqətçəkən Türkiyə təklifi gəldi.

Rusiyanın Türkiyə üzərindən Avropaya qaz satmağa hazır olduğunu vurğulayan Putin, ‘Türkiyədə Avropa üçün böyük bir Təbii Qaz mərkəzi yaradıla bilər’ dedi.

Putinin təklifinin əks-sədaları davam edərkən, Rusiya mətbuatında diqqətəlayiq bir Türkiyə təhlili çıxdı. Ölkə mətbuatında çıxan xəbərlərdə sözügedən layihənin reallaşacağı təqdirdə Avropa İttifaqının (AB) enerji bazarının köklü şəkildə dəyişəcəyi bildirilib.

‘TÜRKİYƏYƏ CİDDİ ÜSTÜNLÜK VERƏCƏK’

Xəbərdə layihənin reallaşacağı təqdirdə Türkiyənin ciddi üstünlük qazanacağı da vurğulanıb.

Rusiya mətbuatında yer alan bu xəbər Yunanıstanda günün mövzusu oldu. IN.gr-in hesabatında “Türkiyənin Avropanın enerji xəritəsini dəyişməsi gözlənilir” şərhi yer alıb.

Sözügedən layihənin Avropadakı balansları dəyişdirməyə namizəd olduğu vurğulanan xəbərdə bu ifadələr yer aldı;

“İqtisadiyyatı Rusiya ilə qaz əməkdaşlığına əsaslanan Almaniya başda olmaqla bütün ölkələr itkilərə məruz qalacaq. Əvəzində Türkiyə, Cənub-Şərqi Avropa və Balkanlar Rusiyadan daha ucuz təbii qazla real rəqabət üstünlüyü əldə edəcəklər”.

Rusiya mətbuatı bu ssenari üçün ‘Rusiya və Türkiyə Avropanı ikiyə böləcək’ şərhini verərkən, Yunan qəzeti də bu iddiaya diqqət çəkib.

Putinin təklifindən sonra prezident Rəcəb Tayyib Ərdoğan bu açıqlamanı verdi;

‘Əlbəttə Trakya bu iş üçün ən əhəmiyyətli yer olaraq görülür. Biz cənab Putinlə birlikdə Energetika və Təbii Sərvətlər Nazirliyimizə və Rusiya tərəfinin müvafiq qurumuna birgə işləməyi tapşırdıq. Orada bu işi görəcəklər. Harada ən uyğun yer olsa, inşallah bu paylama mərkəzini orada quracağıq”.

Rusiyanın dövlət enerji şirkəti “Qazprom” aprel ayında tədarük etdiyi Təbii Qaz üçün rublla ödəməkdən imtina edən GasTerra-ya təbii qaz axınını dayandıracağını açıqlamışdı.

GasTerra isə rubl ödənişləri ilə bağlı açıqlama verərək, Qazpromun Rusiya təbii qazı üçün ödəmə öhdəliklərinin yerinə yetirilməyəcəyini bildirib.

Qazprom bundan əvvəl rublla ödəməkdən imtina edən Finlandiyaya qaz nəqlini də kəsmişdi.

SİYAHIDA HANSI ÖLKƏLƏR VAR?

Putinin imzaladığı fərmanla ötən həftələrdə “dost olmayan ölkələr” siyahısı rəsmiləşdi.

Rusiya hökumətinin açıqladığı siyahıya ABŞ və bütün Aİ ölkələri daxil edilib.

Ukrayna, Monteneqro, İsveçrə, Albaniya, Andorra, İslandiya, Lixtenşteyn, Monako, Norveç, San Marino, Şimali Makedoniya, həmçinin Yaponiya, Cənubi Koreya, Avstraliya, Mikroneziya, Yeni Zelandiya, Sinqapur və Tayvan da siyahıda yer alıb.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button