Now Reading:
“Türkiyənin bu addımını birmənalı şəkildə müdafiə edirik”-bəyanat

“Türkiyənin bu addımını birmənalı şəkildə müdafiə edirik”-bəyanat

Qarabağ Azadlıq Təşkilatı (QAT) Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimal ərazisinə müdaxiləsi ilə bağlı bəyanat qəbul edib.

Bəyanatda göstərilir: “Türkiyə rəhbərliyi dövlətin təhlükəsizliyi və maraqları baxımından mühüm qərar qəbul edib. Məqsəd həmin ərazilərdən Türkiyəyə qarşı gözlənilən təhlükələrin qarşısının alınması, oradakı terror qruplaşmalarından hansısa beynəlxalq güclər tərəfindən Türkiyəyə qarşı istifadə olunmasına imkan verilməməsi, regionda sülh və sabitlik üçün təhlükə yaradan terror dəstələrinin məhv edilməsindən ibarətdir. Bəzi beynəlxalq təşkilatların, bir sıra dövlətlərin Türkiyənin qərarına qarşı çıxmaları qəbuledilən deyil. Azərbaycanın torpaqlarını 30 ildir işğalda saxlayan Ermənistanın da Türkiyəni ittiham etməsi həyasızlığın son həddidir”.

QAT bəyan edib ki, özünün dövlət maraqlarını müdafiə etmək üçün hər hansı qərarın qəbul olunması qardaş Türkiyənin haqqıdır: “Heç bir beynəlxalq təşkilat, hər hansı dövlət Türkiyəni bu addımına görə qınaya bilməz. Biz Türkiyənin bu addımını birmənalı şəkildə müdafiə edir və hesab edirik ki, Azərbaycan hakimiyyəti, cəmiyyəti, hər kəs Türkiyənin haqlı işini dəstəkləməlidir. Həmçinin xüsusi olaraq vurğulayırıq ki, Azərbaycan da öz dövlət maraqlarından çıxış edərək, heç bir beynəlxalq təşkilatın, dövlətin təzyiqlərinə, ədalətsiz mövqeyinə fikir vermədən, Qarabağın azad olunması üçün geniş hərbi əməliyyatlara başlamalıdır”.

Musavat.com

Input your search keywords and press Enter.