Loading...
Loading...
SEÇMƏ

Türkiyənin pop müğənnisi Gülşən həbs olunub

Yayımlandı: 25 Avqust 2022 18:06

O, “İmam Hatib” məzunlarını təhqir etməkdə günahlandırılır

Türkiyənin pop müğənnisi Gülşən (Çolakoğlu Bayraktar) həbs olunub.

Buna səbəb ifaçının İstanbulda verdiyi konserti zamanı “İmam Hatip” məktəblərinin məzunları haqqında söylədiyi fikirlər olub.

Müğənninin çıxışı zamanı “”İmam Hatip”də oxuyub, axmaqlığı buna görədir”, – deməsi ölkə gündəmini zəbt edib, ictimaiyyətin narazılığına səbəb olub.

Ardınca isə Baş Prokurorluq tərəfindən ona qarşı Türk Cəza Qanunun 216-cı maddəsi ilə (xalqı nifrət və düşmənçiliyə sövq etmək və ya təhqir etmək) cinayət işi açılıb və həbsinə göstəriş verilib.

Türkiyə Təhsil Nazirliyi də olayla bağlı açıqlama yayaraq, Gülşəni konsertində “İmam Hatip” məktəblərinə qarşı söylədiyi fikirlərə görə qınayıb.

Əlavə olunub ki, müğənniyə qarşı hüquqi proseslərə başlanılıb.

Həmçinin Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının AKP sözçüsü Ömər Çəlik, AKP sədrinin birinci müavini Numan Kurtulmuş, Prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Mehmet Uçum, Diyanət İşləri Sədri Əli Erbaş məsələyə biganə qalmayıblar, müğənnini işlətdiyi ifadəyə görə qınayıblar.

Həmçinin bununla bağlı ölçü götürülməsini istəyiblər.

Türkiyədə “İmam Hatip” məktəbi orta təhsil müəssisəsidir.

Yaranma tarixi 1913-cü ilə təsadüf edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, köşə yazarı Ahmet Hakan, keçmiş səhiyyə naziri, siyasətçi Mehmet Müezzinoğlu, da “İmam Hatip” məktəbinin məzunudur.

Meydan TV

Gözdən qaçırmayın:  Suriya: hərbi çevrilişlər ölkəsi

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button