Now Reading:
“Türkiyənin Xocalı soyqırımını tanımasını arzu edirik”

“Türkiyənin Xocalı soyqırımını tanımasını arzu edirik”

Elman Məmmədov: “Bu, erməni saxtakarlığının qarşısını almaq baxımından önəmli addımdır”

“Biz çox arzu edərdik ki, Türkiyə Böyük Millət Məcisi Xocalı soyqırımının tanınması ilə bağlı müvafiq addımlar atsın”.

Bunu 24saat.org-a açıqlamasında millət vəkili Elman Məmmədov bilirib. Millət vəkilinin sözlərinə görə, Türkiyə Xocalı soyqırımı faktorundan erməni yalanlarına qarşı mübarizədə effektiv istifadə edə bilər:

“Təbii ki, Xocalı soyqırımını tanıyıb-tanımamaq Türkiyənin daxili işidir. Biz Türkiyənin daxili işinə qarışa bilmərik. Lakin Xocalı soyqırımının tanınması Türkiyənin maraqları baxımından önəmlidir. Bu, Türkiyəni qondarma “erməni soyqırımı”nda ittiham edən Ermənistanın yalanlarının qarşısını almaq, erməni saxtakarlığını ifşa etmək baxımından önəmli bir addım ola bilər. Ümid edirik ki, Türkiyə gələcəkdə bu imkandan da yararlanacaq və erməni saxtakarlığını daha ciddi faktlar əsasında ifşa edəcək”.

Seymur Əliyev

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.