2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Türkiyə ABŞ-ın Suriya kürdlərinə silah verməsini pisləyib

ABŞ-ın Suriyada İŞİD-ə qarşı döyüşən YPG kürd qüvvələrinin silah və sursatla təchizatına başladığı barədə xəbər Ankarada narazılıqla qarşılanıb.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Vaşinqtonun bu qərarını “səhv” adlandırıb.

Saytların yığılması Saytlarin yigilmasi

O mayın 31-də Ankarada keçirilən mətbuat konfransında deyib ki, “belə addımlar Suriyanın birliyi və ərazi bütövlüyü üçün son dərəcə təhlükəlidir”.

Barack Obama administrasiyası regiondakı kürd döyüşçüləri ehtiyatla dəstəkləsə də, onlara silahların verilməsi barədə rəsmi qərar Trump administrasiyası tərəfindən verilib.

NATO üzvü olan Türkiyə ABŞ-kürd müttəfiqliyinə artıq bir neçə ildir ki, mane olmağa çalışır, çünki Suriyadakı YPG kürd qüvvələrini Kürdüstan İşçi Partiyası – PKK-nın qolu hesab edir.

Pentaqon bildirib ki, Suriyadakı YPG qüvvələrinə kiçikçaplı silahlar və zirehli texnika onların Raqqa şəhərinin İŞİD-dən alınması əməliyyatında iştirakı üçün verilir.

Ankara İŞİD-in Suriyadakı son istehkamı olan Raqqaya kürd qüvvələrinin hücum etməsinə qarşı çıxır və ABŞ-ı bu əməliyyatın Türkiyə tərəfindən dəstəklənən 10 minlik əsgəri qüvvə tərəfindən keçirilməsinə razı salmağa can atırdı.

Son xəbərlərə görə YPG kürd birləşmələrinin də də daxil olduğu Suriya Demokratik Qüvvələri hazırda cəbhə xəttinin bəzi yerlərində Raqqa ətraflarının 3 kilometrliyinə çatıb.

Raqqanın alınması uğrunda əməliyyat İŞİD-in İraq ərazisindəki son istehkamı olan Mosul üzərinə son hücumla əlaqələndirilməlidir.

8 ay davam edən əməliyyatın nəticəsində Mosulda hökumət qüvvələri cihadçıları şəhərin tarixi mərkəzi hissəsinə sıxışdıra biliblər.

Raqqa uğrunda döyüşün də uzun və qanlı olacağı gözlənilir.

Buna baxmayaraq, Mevlüt Çavuşoğlu Erdoğanın keçirdiyi Milli Təhlükəsizlik Şurasının iclasından sonra deyib ki, Suriyada kürdlərə verilən silahlar “təkcə Türkiyəyə yox, bəşəriyyətə qarşı çevrilə bilər”.

ABŞ hökumət auditlərindən məlum olub ki, Vaşinqton 2016-cı il ərzində İraqdakı kürd qüvvələrinə 1 milyard dollar dəyərində silah-sursat verib.

Bəzi insan haqları təşkilatları regiona silah axınının zorakılığı artıracağından narahatdırlar.

Lakin İraqdakı ABŞ koalisiyasının sözçüsü polkovnik John Dorrian deyib ki, Amerika hərbçiləri silahlardan necə istifadə olunduğuna nəzarət edəcəklər.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button