2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Türkiyə Almaniyaya səfər edən vətəndaşlarına xəbərdarlıq edib

Şənbə günü Türkiyə vətəndaşlarına Almaniyaya səfər edərkən diqqətli olmalarına dair xəbərdarlıq edib və bu ayın sonu Almaniyada keçiriləcək seçkilərdən öncə orada Türkiyə əleyhinə münasibətlərin artdığını bildirib.

Bu xəbərdarığın NATO müttəfiqləri arasında gərginliyi artıracağı güman edilir. Onlar arasında münasibətlər ötən il Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı olunan çevriliş cəhdindən və daha sonra çevriliş tərəfdarlarına qarşı aparılan təqiblərdən sonra gərginləşib.

Saytların yığılması Saytlarin yigilmasi

“Almaniyada siyasi liderlik uğrunda aparılan kampaniyalar anti-Türkiyə münasibətinə və bizim ölkəmizin Aİ üzvlüyünün qarşısını almağa əsaslanır. Oradakı siyasi bir müddətdir mühit ultra-sağçı və hətta iqrçi ritorikanın təsiri altındadır”, deyə Türkiyənin Xarici İşlər Nazirliyi bəyanatında bildirib.

Ötən həftə Almaniya kansleri Angela Merkel televiziyada yayınlanan seçki debatında Türkiyənin Avropa Birliyi ilə üzvlük danışıqlarına son qoyulması üçün səy göstərəcəyini deyib.

Uzun zamandır Türkiyənin Avropa İttifaqı ambisiyalarına skeptik yanaşan mühafizəkar Xristian Demokratlar partiyasına mənsub Merkelin sentyabrın 24-də keçiriləcək seçkidə dördüncü dəfə qalib gələcəyi gözlənilir.

“Almaniyada yaşayan və ya səfər etməyi planlaşdıran Türkiyə vətəndaşları ehtiyyatlı olmalıdır və mümkün insidentlər, şifahi hücumlar və ya ksenofobiya və irqçiliklə üzləşdiklərində ehtiyatla davranmalıdırlar,” Xarici İşlər Naziriliyi bildirib.

Merkel və digər Avropa İttifaqı liderləri Ərdoğanın çevriliş cəhdindən sonra atdığı addımları tənqid edib, onun Türkiyənin dövlət qurumları və ordusunda apardığı təqiblərin ona qarşı tənqidi səsləri qəsdən boğmaq cəhdi olduğunu deyir.

Təqiblər zamanı 50 mindən çox insan həbs olunub, 150 min nəfər isə işdən çıxarılıb. Bunlara jurnalistlər və müxalifət üzvləri də daxildir. Bundan əlavə bəzi Almaniya vətəndaşları da hədəf alınıb.

Türkiyə deyir ki, üzləşdiyi təhlükələr nəzərə alındığında bu cür təqiblər mühümdür.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button