2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Türkiyə amili Almaniya seçkisinin əsas mövzusuna çevrilir

“Financial Times” yazır ki, Angela Merkel-in Türkiyənin Avropa İttifaqı üzvlüyünə bütün ümidlərinin öldürülməsinə çağırışı ittifaqın ən böyük iqtisadiyyatında seçkilərə üç həftə qalmış Berlin və Ankara arasındakı gərginliyi alovlandırıb.

Məqalədə deyilir ki, kansler Merkel və onun sosialist rəqibi Martin Schulz arasında televiziya ilə yayınlanan debatın o qədər də gərgin olmayacağı və əsasən ölkədaxili problemlər üzərində cərəyan edəcəyi barədə gözləntilər doğrulmayıb və gözlənilməz bir şəkildə Türkiyə mövzusu bu müzakirənin mərkəzi nöqtəsinə çevrilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu debatda Avropa Parlamentinin keçmiş prezidenti Schulz Türkiyə ilə Aİ üzvlüyünə dair danışıqların dayandırlmasına çağırmaqla öz opponentini divara sıxır, Türkiyə prezidenti Recep Tayyip Erdoğanı avtoritarlıqda günahlandırırdı.

Maraqlıdır ki, xanım Merkel opponentinin təzyiqlərinə dözməyərək ona bir növ güzəştə gedib və Türkiyə ilə danışıqların dayandırılması məsələsini Avropa liderləri ilə müzakirə edəcəyini söyləyib.

FT yazır ki, Merkelin bu mövqeyi Ankaranı o qədər əsəbiləşdirmişdi ki, Türkiyə rəsmiləri 10 günlük bayram tətillərinə fasilə verməli olmuşdular.

Türkiyənin Avropa naziri Ömer Çelik özünün qəzəblə dolu sərasər 25 tvitində Schulz-u “şəri” yaymaqda və populizmi qızışdırmaqda ittiham edirdi.

Erdoğanın sözçüsü isə bəyan edirdi ki, Almaniya isteblişmentinin baxışları Türkiyə üçün Avropa “üfüqlərinin daraldığını” nümayiş etdirir.

FT yazır ki, bu eskalasiya Brüssel və Berlində Erdoğanın Türkiyəsində demokratik standartlardan artmaqda olan narahatlığı nümayiş etdirir.

Die Welt qəzetinin müxbiri Deniz Yücel də daxil, Qərb jurnalistlərinin Türkiyədə həbs olunması Avropa ilə Türkiyə hökuməti arasında “qisasa qisas” çarpışmasını da daha qızışdırıb.

Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker ötən həftə bildirib ki, Erdoğan üzvlük danışıqlarını pozmaq və bunun məsuliyyətini Brüsselin üzərinə yükləmək niyyətindədir.

FT yazır ki, Türkiyə ilə diplomatik üzülüşmə Avropa üçün o qədər də ağrısız olmayacaq. Artıq 30 ildir ki, davam edən üzvlük danışıqlarında bu müddət ərzində bir irəliləyiş əldə olunmasa da, bu danışıqların birdəfəlik kəsilməsi misilsiz addım olacaq.

Məqalədə deyilir ki, Türkiyə ilə danışıqların dayandırıması üçün Avropa liderləri arasında həmrəyliyə ehtiyac olacaq, lakin ittifaqın heç də bütün üzvləri Ankara ilə bağları üzərək təhlükəsizlik və biznes sahəsində əməkdaşlığı Avstriya və ya Almaniya qədər riskə atmaq həvəsində olmaya bilərlər.

Bunun alternativi Türkiyə ilə danışıqları Ankaranın üzvlük üçün demokratik kriteriyalara cavab vermədiyini söyləməklə dayandırmaqdır. Bu halda Aİ üzvlərinin sadə çoxluğunun rəyi kifayət edə bilər, amma yenə də qəbul edilən qərarda bu danışıqların nə vaxtsa bərpa olunması şərtləri göstərilməlidir.

FT yazır ki, Brüssel və Berlin üçün ən böyük çətinlik Türkiyəni mövcud gömrük ittifaqında saxlamaqla Ankaranı antiterror və miqrasiya məsələlərində tam düşmənə çevirməməkdir.

Məqalədə deyilir ki, Aİ Türkiyə ilə miqrant sazişini hələ də yüksək qiymətləndirir, lakin Erdoğanın davranışı Avropanı riskə getməyə məcbur edə bilər.

Belə bir addımın mənfi təsirləri diplomatik sahədə yox, ölkə daxilində üzə çıxa bilər. Almaniya bütün Avropada ən böyük türk diasporasının – 1,5 milyon türkün yaşadığı ölkədir. Cənab Schulz-un ritorikası ilk növbədə onun öz elektoratına zərbə ola bilər, çünki etnik türklər əsas etibarilə sosialistləri dəstəkləyirlər.

Burası da var ki, Türkiyənin özündən fərqli olaraq Almaniya türkləri nisbət etibarı ilə Erdoğana aprel referendumunda daha böyük dəstək veriblər.

FT yazır ki, buna görə də, Almaniyanın öz seçkilərində Erdoğan tənqid üçün daha asan hədəfdir və siyasətçilər bundan maksimum faydalanmağa çalışacaqlar.

Türkiyə hazırda 3,5 milyon qaçqına qucaq açıb. Bu istənilən Aİ üzvünün miqrantlarından qat-qat böyük rəqəmdir. Bu miqrantların sayı hətta Almaniyadakı qaçqınlardan da üç dəfə çoxdur.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button