2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Türkiyə: ana müxalifət nəticələrin ləğvini tələb edir

Türkiyədə ana müxalifət qurumunun – Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu aprelin 18-də parlament fraksiyasının toplantısında çıxış edib.

Novator.az-ın məlumatına görə, Kamal Kılıçdaroğlu 16 aprel referendumunda qaydaların pozulduğunu vurğulayıb. O, Ali Seçki Qurumunu qanunlara zidd davranmaqda ittiham edib. Partiya lideri qeyd edib ki, seçki qanununa görə, üstündə seçki komissiyalarının möhürü olmayan zərflər və bülletenlər etibarsızdır, ancaq komissiya belə zərf və bülletenlərin etibarlı hesab olunmasına qərar verib, bununla da nəticələrə kölgə düşüb.

Saytların yığılması Saytlarin yigilmasi

Müxalifət lideri 16 aprel referendumunda milli iradənin zorakılığa məruz qaldığını vurğulayıb və nəticələrin ləğvini tələb edib.

Elə həmin gün CHP referendumun nəticələrinin ləğvi üçün Ali Seçki Qurumuna rəsmi müraciət ünvanlayıb.

Aprelin 16-da keçirilmiş konstitusiya referendumunun ilkin nəticələrinə görə, seçicilərin 51,41 faizi (25,1 milyon nəfər) ana qanunda 18 maddəlik dəyişiklik təklifinin lehinə səs verib, 48,59 faizi (23,8 milyon nəfər) bunun əleyhinə çıxıb.

Bəzi müşahidəçilər hakimiyyətin 2,5 milyonadək səsi saxtalaşdırdığı qənaətindədir.

Yeniliyə əsasən, dövlət başçısı partiya üzvü olmaq hüququ alır. 2019-cu ildən isə ölkə prezident idarə üsuluna keçir: Nazirlər Kabineti, baş nazir postu ləğv edilir, prezident həm də hökumət başçısı olur. Parlamentin səlahiyyətləri isə əsasən qanunvericilik işi ilə məhdudlaşır.

Hazırda Türkiyə parlament respublikasıdır, hökuməti 550 nəfərlik parlamentdə azı 276 mandatı olan partiya qurur. Prezident isə dövlət başçısıdır.

Hakim Ədalət və İnkişaf Partiyası, parlamentdə təmsil olunan müxalif Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası konstitusiya islahatı layihəsini dəstəkləyib. Ana müxalifət – Cümhuriyyət Xalq Partiyası, eləcə də Xalqların Demokratik Partiyası, Vətən Partiyası, Səadət Partiyası və başqa müxalif partiyalar konstitusiya islahatının əleyhinə çıxıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button