2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Türkiyə aviaşirkəti İstanbul-Yerevan reysini açır

Bakı/04.01.22 Türkiyənin Pegasus aviaşirkəti İstanbul – Yerevan – İstanbul reyslərinin yerinə yetirilməsinə icazə almaq üçün Ermənistan Mülki Aviasiya Komitəsinə müraciət edib. Bu barədə çərşənbə axşamı Ərazi İnkişafı və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sona Arutyunyan bildirib.

“Pegasus fevral ayından başlayaraq həftədə iki reys yerinə yetirmək üçün müraciət edib”, – o, TASS agentliyinə bildirib.

Mülki Aviasiya Komitəsi ərizəyə baxmağa başlayıb və ağlabatan müddətdə qərar qəbul edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan öncə Flyone Armenia aviaşirkəti Yerevan – İstanbul – Yerevan çarter reyslərinin həyata keçirilməsi üçün yerli aviasiya hakimiyyətlərinin icazəsini alıb və Türkiyə tərəfinin analoji qərarını gözləyir.

Dekabrın 6-da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ankara ölkələr arasında reyslərin yerinə yetirilməsilə bağlı Türkiyə və Ermənistan aviaşirkətlərinin müraciətlərinə baxır. Dekabrın ortalarında Ankara və Yerevan ikitərəfli münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrin təyin edilməsi barədə məlumat veriblər. Bundan əlavə, Ermənistan hökuməti 1 yanvar 2022-ci ildən Türkiyə mallarının idxalına qoyulan qadağanı uzatmamaq qərarına gəlib. Qeyd edək ki, qadağa 2020-ci il dekabrın sonlarında tətbiq edilmişdi. -02D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button