2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Türkiyə Azərbaycan sərhədində qadınların söhbəti…

Məlahət Ağacan Rübabə

Ölkənin mübariz qadını Gözəl Bayramlı mayın 26-sı Gürcüstandan müalicədən qayıdarkən Azərbaycan gömrük-keçid məntəqəsinın əməkdaşları onu “gül-çiçəklə” qarşılayıb, sonra Bakıda həbs etdilər. Gözəl xanımı şərləmək üçün çantasına qoyulan pulun miqdarından anlamaq olur ki, hökumətin əli çox aşağıdır, ciblərində ilbizlər oynayır: yəqin zavallı nazirlər atışıb ancaq on iki min dollar toplaya biliblər. Nə etsinlər, avropalılar ilbizləri nisyə alıblar, avronu nə vaxt yollayacaqları bəlli deyil. Yeri gəlmişkən, mən də hökümətə yardım etmək üçün bağçamdan bir vedrə ilbiz yığmışam, amma hara yollayacağımı bilmirəm. Şair gözəl deyib:”İlbiz bol olarsa, basılmaz Vətən!”

Saytların yığılması Saytlarin yigilmasi

Əlbəttə, ölkəyə nəinki on iki min, hətta yüz dollar gətirəni də həbs etmək lazımdır, çünki Azərbaycan hakimiyyəti ölkədən dolları kisələrlə çıxarmağı sevir, çantanın bir küncündə gətirməyi yox…

Əslində,  hamı bilir ki, Azərbaycanın bütün gömrük-keçid məntəqələri cənnət və cəhənnəm qapılarıdır. Sərhədlərin “ölüb dirilmə” qapılarında insanları hətta  uşaqlarına aldıqları pal-paltara, evləri üçün gətirdikləri əşyalara görə incidirlər, rüşvət istəyirlər.  O həmin gömrük-keçid məntəqələridir ki, Azərbaycan vətəndaşı qazanc üçün daxili orqanında narkotik vasitə daşıyır. Əlbəttə, əgər hakimiyyətdəkilərin ürəyində Vətən sevgisi yoxdursa, vətəndaşlar da ciyərinə, böyrəyinə, bağırsaqlarına…  qazanc mənbəyi kimi baxacaq. Buyurun, Azərbaycan Türkiyə sərhədində çarəsizlik içində boğulan qadınların nə danışdıqlarından agah olun:

– Vallah, heyf deyil bizim kişilər, sevgini, xatır-hörməti həmişə ürəklərində saxlayırlar. Gözünün yağını yedirsən, bir dəfə deməz ki, “sağ ol, aşkım”. Amma bu türkiyəlilər  səhərdən axşama kimi “aşkım, hayatım, seviyorum, öpüyorum…”. Vallah, iyrənmişəm… Banka borcum olmasaydı, boşanıb gəlib oturardım xarabamda…

– Evlənmə təklifləri də əcaibdir. Məni qarşılamağa  gül-çiçək, şarlarla bəzədilmiş maşınla gəlmişdi, üstünə də yekə hərflərlə yazmışdı ki, “Sevgilim, hoş geldin”. Utancımdan ölüb yerə girdim. Elə bil qaynar su tökdülər təpəmə, hirslə dedim ki, nə sevgili, məni sevgili etmək üçün bura gətirdin? Mən sənin karın olaram, amma sevgilin heç vaxt…

– Ehh, siz heç olmasa ərə getmisiniz, mən isə qoca bir kişinin altını təmizləmək üçün ev-eşiyimdən didərgin düşmüşəm. Nə edim, dolana bilmirik. Ərim elə bilir xəstə qadına baxıram, yoxsa acından ölsəydik də icazə verməzdi. Mən hara, Ankara hara… Nə edim, ayda beş yüz dollar verirlər mənə, Allah bərəkət versin…

– Ay axmaq, beş yüz dollara da xəstəyə baxarlar?! Özü də qoca kişi… Gəl İstanbula, orda min dollar verirlər…

Millətin yarısı ölkədən baş götürüb  yaşlı, xəstə adamların altını təmizləyir, yarısı da hakimiyyətdəki acgöz yaşlıların…

Cəsur, ağıllı, savadlı, sağlam insanları YAŞLI ADAMLARDAN İBARƏT HAKİMİYYƏT ona görə şərləyib həbs edir ki, xalq ayılmasın, həmişə qul kimi onlar üçün işləsin, yoxsa qızıl saplarla tikilmiş pamperslər geyə bilməzlər…

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button