2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Türkiyə: ‘Baş verənlər Suriya siyasətimizin nəticəsidir’

Türkiyənin bu gün başına gələnlərin çoxu Suriya siyasətinin nəticəsidir.
Axar.az xəbər verir ki, bunu “Hürriyət” qəzetinə açıqlamasında Türkiyə Baş nazirinin köməkçisi Numan Qurtulmuş söyləyib.

Onun sözlərinə görə, Türkiyə Suriya ilə əlaqədar lazımi siyasət ortaya qoya bilməyib:

“Mən bunu illərdir deyirəm. Kaş ki, zamanında əsaslı sülh perspektivi yarada bilsəydik. Allah qoysa, yaxın zamanda xaricdən təzyiqlə deyil, Suriya xalqının qəbul edə biləcəyi bir çarə tapılacaqdır. Belə bir proses yaşanır. Burada Rusiya ilə əlaqələr önəmlidir. Dolmabaxça görüşündən sonra Putin “Əsədin vəkili deyiləm” demişdi. Məncə, Rusiya müəyyən bir şəxs üstündə öz siyasətini qurmayacaq. Vəkalət savaşlarının sonu gəlib”.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button