2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Türkiyə ‘boz siyahı’ya salına bilər

Qlobal maliyyə nəzarəti qurumu Türkiyəni “boz siyahı”ya sala bilər. “The Financial Times” iki qərb rəsmisinə istinadla yazır ki, bu, Türkiyənin çirkli pulyuma, terrorçuluğun maliyyələşdirilməsinə qarşı öhdəliklərini tam yerinə yetirməməsi ilə bağlıdır.

Xarici kapital

Saytların yığılması Saytlarin yigilmasi

Rəsmilərin sözlərinə görə, bu addım Türkiyənin xarici kapitalı cəlb etmə qabiliyyətini daha da məhdudlaşdıra bilər. Maliyyə Tədbirləri üzrə İşçi Qrupun (ingiliscə FATF) qərarı bu gün – oktyabrın 21-də Paris danışıqlarında verəcəyi gözlənir.

FATF Türkiyənin xüsusi monitorinqə cəlb olunmasını, yəni “boz siyahı”ya salınmasını tövsiyə edir. Siyahıda Albaniya, Mərakeş, Suriya, Cənubi Sudan və Yəmən daxil olmaqla 22 ölkənin adı var.

39 üzvü olan işçi qrupun tövsiyəni qəbul edəcəyi gözlənir. Bu arada Türkiyəyə xarici sərmayə Prezident Receb Tayyb Ərdoğanın 20 illik hakimiyyəti dövründə ən aşağı həddə düşüb.

Qəzet yazır ki, siyasi sabitsizlik, monetar siyasətə və hüququn aliliyinə siyasi müdaxilə sarıdan narahatlıq xarici kapitalı ölkədən gen salıb.

Lirəyə daha bir potensial zərbə

“Boz siyahı bu il dollara qarşı 20 faizədək ucuzlaşmış lirəyə daha bir zərbə vurar”, – məqalədə deyilir.

Bu gün – oktyabrın 21-də Türkiyə Mərkəzi Bankının faiz dərəcəsini daha da azaldacağı gözlənir və bu, lirəni bir az da ucuzlaşdıra bilər. Oktyabrın 13-də Prezident Ərdoğanın Mərkəzi Bank sədrinin iki müavinini işdən çıxarmasından sonra lirə ABŞ dollarına qarşı rekord həddə düşmüşdü.

Beynəlxalq Valyuta Fondunun ötən mayda açıqladığı araşdırmaya görə, boz siyahıya salınma bir ölkəyə kapital axınına “böyük, əhəmiyyətli mənfi təsir” göstərir.

Lirənin kəskin ucuzlaşması Türkiyədə inflyasiyanı gücləndirir, yaşam standartlarını pisləşdirir, Ərdoğanın hakim partiyasına ictimai dəstək tarixən ən aşağı həddə düşür.

Xəbərdarlıqdan sonra

FATF 1989-cu ildə çirkli pulyuma, terrorun maliyyələşdirilməsi, beynəlxalq maliyyə sisteminin bütövlüyünə oxşar təhdidlərlə mübarizə məqsədilə yaradılıb.

Türkiyəyə 2019-cu ilin dekabrında xəbərdarlıq olunub. Onda qurum bildirirdi ki, sözügedən cinayətlərlə mübarizəni hədəfləyən ölkə qanunvericiliyində ciddi nöqsanlar aşkarlanıb və Ankara “çirkli pulyuma və terrorun maliyyələşdirilməsinin risklərini anlayır”.

Türkiyə hökuməti ötən ilin dekabrında FATF-nın tövsiyələrinə uyğun qanun qəbul edib. Amma tənqidçilərin fikrincə, hökumət bu tövsiyələrdən sui-istifadə edib, qeyri-kommersiya sektorunu hədəfə alıb, ifadə və birləşmə azadlığını məhdudlaşdırıb.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button