2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Türkiyə bu ölkədən səfirini geri çağırdı

Türkiyə Banqladeşdəki səfirini geri çağırıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, səfir Devrim Öztürkün çağrılmasına səbəb “Cemaati İslami” təşkilatının lideri, 73 yaşlı Motiur Rahman Nizaminin edamı olub. Bununla da Türkiyə edama sərt etirazını bildirib.

D.Öztürk məsləhətləşmələr üçün Ankaraya gedib.

Səfirin Dakkada baş verən hadisələrlə bağlı həm prezident Rəcəb Tayyib Ərdoğana, həm də hökumətə məlumat verəcəyi bildirilir. Onun Türkiyədə nə qədər qalacağı da açıqlanmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Türkiyənin Xarici İşlər Nazirliyi ötən gün açıqlama yayaraq Banqladeşdə əkinçilik və sənaye naziri olaraq xidmət etmiş Nizaminin belə çəzaya layiq olduğuna inanmadığını, buna görə, edamı sərt şəkildə qınaqdıqlarını bildirmişdi. Açıqlamada belə deyilir:

“Mərhuma Allahdan rəhmət diləyirik. Banqladeşdə edam cəzasının aradan qaldırılması üçün üç ildir ki, çağırışlar edilir, edam cəzasının toplumda gərginliklərə yol aça biləcəyi barədə narahatlığımızı çatdırırıq. Edan cəzasını aradan qaldıran bir ölkə olaraq bu yolla yaraların sağalmayacağını, əksinə xalq arasında nifrət və kini yayacağını bilirik. Türkiyə hər zaman yanaında olmağa davam edəcəyi qardaş Banqladeş xalqı, cəmiyyəti arasında sakitliyin qorunmasını arzu edir”.

Banqladeşin ən böyük islam partiyasının lideri olan Motuir Rahman Nizami 1971-ci ildə müstəqillik mübarizəsi sırasında Pakistanla əməkdaşlığa gedərək soyqırım və hərbi cinayətlər törətməkdə ittiham olunurdu. Üç ayrı cinayətdə suçlanan Nizaminin 480 nəfərin ölümündə rol oynadığı bildirilib. O, xüsusi məhkəmədə mühakimə olunaraq edama məhkum edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button